
Bu gün axşam saatlarında Bakıda sərnişin avtobusu qəfil alışıb.
Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.
Bildirilib ki, Babək prospektində "Karsan" markalı, 49 saylı sərnişin avtobusu tüstüləyib. Daha sonra yanğın başlayıb. Ətrafda olan insanlar alovun qarşısını alıblar. Əraziyə polis əməkdaşları cəlb olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.