
Bakının Nəsimi rayonunda sərnişin avtobusu 34 yaşlı piyadanı vurub.
"AVESTA.AZ"un məlumatına görə, 3-cü mikrorayon ərazisində 119 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu yolu keçən 1989-cu il təvəllüdlü Rəhmanov Rüstəm Məcnun oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.