9-10-2025, 10:48 323

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə ACTRAV arasında Bəyannamə imzalanıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında Beynəlxalq Əmək Təşkilatı (BƏT) İşçilərin Fəaliyyəti Bürosunun (ACTRAV) Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Serqius Qlovaskas ilə görüş keçirilib.

Tədbirdə Konfederasiya sədri Sahib Məmmədov çıxış edərək əmək bazarında baş verən dəyişikliklərə uyğunlaşmaq üçün təhsilin inkişafı və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Konfederasiya sədri Akademiyanın fəaliyyətindən, 100 %-lik qəbul göstəricisindən, yeni yaradılan İxtisasartırma və Kadrların İnkişafı Mərkəzindən, keçirilən beynəlxalq təlimlərdən danışıb. Bildirilib ki, Akademiya Böyük Britaniyada yerləşən Peşəkar Əməyin Təhlükəsizliyi və Sağlamlığı İnstitutu (IOSH) tərəfindən beynəlxalq akkreditasiyadan keçib. Bu, dünyada əməyin təhlükəsizliyi sahəsində ən nüfuzlu təşkilatlardan biridir. Artıq Akademiya beynəlxalq səviyyədə tanınan təlimlər keçirə, bilik və bacarıqları qiymətləndirə və IOSH sertifikatları təqdim edə bilər. Bu sertifikatı alanlar yalnız Azərbaycanda deyil, dünyanın istənilən yerində peşəkar əmək təhlükəsizliyi mütəxəssisi kimi tanınır.

Tədbirdə həmçinin AHİK və BƏT/ACTRAV-ın əməkdaşlığı çərçivəsində rəqəmsal tədris, sosial dialoq, əməyin təhlükəsizliyi, gender bərabərliyi, gənclərin və qadınların rolunun artırılması kimi prioritet istiqamətlər müzakirə olunub, həmkarlar ittifaqlarının müasir əmək bazarına uyğun modernləşdirilməsi mühüm addım kimi dəyərləndirilib.

BƏT/ACTRAV-ın Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Serqius Qlovaskas Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətini müsbət dəyərləndirib, iki qurum arasında əlaqələrdən, birgə reallaşdırılan layihə və tədbirlərdən danışıb, münasibətlərin yüksək səviyyədə olduğunu bildirib, əməkdaşlığın genişləndirilməsinin istiqamətləri barədə fikirlərini bölüşüb.

Sonra Akademiyanın İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində professor-müəllim heyətinin iştirakı ilə tədbir keçirilib. BƏT-in Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev çıxış edərək iki qurum arasında münasibətlərin inkişafının əhəmiyyətindən bəhs edib, Azərbaycanda əmək hüquqlarının müdafiəsi sahəsində beynəlxalq həmkarlar ittifaqı təşkilatlarının qərar və tövsiyələrinə xüsusi önəm verildiyini qeyd edib.

Akademiyanın beynəlxalq əlaqələr üzrə prorektoru Xəyalə Məmmədova ali təhsil müəssisəsi, tədris prosesinin təşkili, tətbiq olunan yeniliklər barədə təqdimatla çıxış edib. Təqdimatda Akademiyanın beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımlar, BP, İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi, York Universiteti, Turin Beynəlxalq Təlim Mərkəzi və digər nüfuzlu qurumlarla əməkdaşlığı vurğulanıb.

Tərəflər Azərbaycan həmkarlar ittifaqları ilə BƏT/ACTRAV arasında əməkdaşlığın genişləndirilməsinin istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Tədbirin sonunda AHİK və ACTRAV arasında həmkarlar ittifaqları təhsilinin inkişafı və gücləndirilməsi sahəsində Əmək və Sosial Münasibətlər Akademiyasının inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq haqqında Bəyannamə imzalanıb.

Sənəddə həmkarlar ittifaqı üzvlərinin bilik və peşə bacarıqlarının artırılması, rəqəmsal platformaların və alətlərin tətbiqi, eləcə də vahid regional təhsil portalının yaradılması nəzərdə tutulur. Bəyannamədə həmçinin BƏT ekspertlərinin iştirakı ilə Əmək və Sosial Münasibətlər Akademiyasının təhsil proqramlarında gənclərin akademik və sosial fəaliyyətlərə daha fəal qoşulmasını təşviq etmək məqsədilə maarifləndirmə və təcrübə mübadiləsinin həyata keçirilməsi planlaşdırılır.

Paylaş

Xəbər lenti

Tramp İranla müharibədə "dönüş nöqtəsi" elan etdi: Yeni hücum qərarı veriləcək Dünən, 23:48 Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqları başa çatıb Dünən, 23:48 Suraxanıda sakinlərin həyatı cəhənnəmə dönüb: Qorxu içindədirlər Dünən, 23:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Şamaxıya səfəri ilə bağlı paylaşım olunub Dünən, 22:48 Erməni feyk yaradıcılığı - San-Ladzaro-delyi-Armeni adasından Qarabağın Gəncəsərinədək Dünən, 22:48 Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq Dünən, 22:48 Məşhur azərbaycanəsilli müğənni JONY adını və soyadını dəyişdi Dünən, 22:48 Olimpiya mükafatçısı Sergey Jelanov Azərbaycan millisində məşqçi oldu Dünən, 21:48 Cəlilabadda əhalinin su ilə təminatında müvəqqəti fasilə yaranacaq Dünən, 21:48 "Evsiz-eşiksiz qaldım" - Məhkəmənin qərarı niyə icra olunmur? Dünən, 21:48 "Barselona"nın qapıçısı zədələndi: 3 həftə oynamayacaq Dünən, 21:48 Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi Dünən, 21:48 Xocavənddə yeni tarixi abidə aşkar edildi Dünən, 21:48 Hövsanda mərasim zalının sökülməsi ilə bağlı rəsmi açıqlama Dünən, 20:48 DTX rəisi: Vətəndaşların müxtəlif yollarla hərbi əməliyyatlara muzdlu döyüşçü qismində cəlbi ciddi təhdiddir Dünən, 20:48 Rövşən Nəcəf Özbəkistanın nazirləri ilə görüşdü Dünən, 20:48 Azərbaycan milliləri Şahmat Olimpiadasında növbəti qələbələrini qazandılar Dünən, 20:48 Alyaska sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alındı Dünən, 20:48 Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib Dünən, 20:48 NASA Ayda 222 metrlik yeni krater aşkarladı – Son dövrlərin ən böyük toqquşması Dünən, 19:48 Azərbaycan TDT çərçivəsində əməkdaşlığın inkişafında etibarlı platformaya çevrilib - RƏY Dünən, 19:48 DGK beş milyon vergi borcu olan şirkətlə tender müqaviləsi imzaladı Dünən, 19:48 Əşrəf Əşrəfliyə hökm oxundu Dünən, 19:48 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi Dünən, 19:48 Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib Dünən, 19:48 Ucarda ev yanıb kül oldu Dünən, 18:48 Qayınata gəlininin qətlində təqsirləndirilir Dünən, 18:48 Ağdamda toyda dava: Xəsarət alan var Dünən, 18:48 5 ölkə Xəzərin su bioresursları üzrə vahid məlumat bazası yarada bilər Dünən, 18:48 Süni intellektin əmək bazarı planı: İşsizlik dalğası, yoxsa yeni peşələr? Dünən, 18:48 Ekspres avtobuslarla bir gündə 127 mindən çox sərnişin daşınıb Dünən, 18:48 AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər Dünən, 18:48 Afət Fərmanqızı bloqer Sevinc Hüseynovanı məhkəməyə verdi Dünən, 18:48 Bakı Limanında 8 ayda 5,5 milyon tondan çox yük aşırılıb Dünən, 18:48 Xankəndi bu Avropa şəhəri ilə qardaşlaşdı Dünən, 17:48 Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub Dünən, 17:48 "Sumqayıt"ın futbolçusu Nihat Ağalı hakimi təhqir etdiyi üçün cəzalandırılıb Dünən, 17:48 Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılır Dünən, 17:48 Uyğunsuzluq aşkarlan yağ istehsal olunduğu ölkəyə qaytarıldı Dünən, 17:48 Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir Dünən, 17:48 Bacısı ilə mübahisə edən qardaş bıçaqlandı, bacıoğlu saxlanıldı Dünən, 17:48 Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib Dünən, 17:48 İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışını edib Dünən, 16:48 "Norm" ASC 2025-ci ildə rekord gəlir əldə edib Dünən, 16:48 Famil Mustafayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Dünən, 16:48 Metroda xətlər ayrıldı, ADY alternativ marşrut təklif etdi: Cəmi 11 dəqiqəyə çatacaqsınız Dünən, 16:48 Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək Dünən, 16:48 İlham Əliyev: Kasım-Jomart Tokayevi gələn ay Azərbaycanda gözləyirik Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR