
Türkiyənin reytinqli seralı "Kızılcık şerbeti"nə yeni sima daxil olub.
AVESTA.AZ xəbər verir ki, bu gənc aktrisa Ece Aydemirdir. O ekran işində Seda obrazına həyat verəcək.
Seda, serialdakı Nilay (Feyza Civelek) obrazının keçmişdə bir məhəllədə yaşadığı qonşusu rolunda olacaq.
Xatırladaq ki, ekran işinin senari müəllifləri Melis Civelek və Zeynep Gürdür.
"Show TV"də yayımlanan serialda Evrim Alasya, Sıla Türkoğlu, Barış Kılıç kimi aktyorlar çəkilirlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.