
Azərbaycanlı xanəndə Məftun Səttarlı böyük uğura imza atıb.
BAKU.WS xəbər verir ki, o Dubayda keçirilən "Mehr" Beynəlxalq Musiqi Festivalında birinci yerə layiq görülərək qalib olub.
Məftun 130 iştirakçı arasında ilk yerin sahibi olub.
Bu barədə xanənədənin müəllimi, Xalq artisti Gülyanaq Məmmədova paylaşım edib. O tələbəsini bu nailiyyəti münasibətilə təbrik edib.
Xatırladaq ki, Məftun Səttarlı Azərbaycan Beynəlxalq Muğam müsabiqəsinin Qranpri mükafatcısıdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.