Atəşkəsin elan edilməsindən sonra Qəzza zolağının şimalına təxminən 200 min sakin geri dönüb.
BAKU.WS xəbər verir ki, bu barədə "Sky News" telekanalı HƏMAS-ın nəzarətində olan Qəzzadakı Mülki Müdafiə Agentliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, İsrail və HƏMAS arasında əldə olunan atəşkəs razılaşması oktyabrın 10-da İsrail qüvvələrinin Qəzzadan qismən çıxarılmasından sonra qüvvəyə minib.
Razılaşmaya əsasən, tərəflər hərbi əməliyyatları tam dayandırmaq, eləcə də girov və məhbusların mübadiləsinin təhlükəsiz şəkildə həyata keçirilməsini təmin etmək barədə öhdəlik götürüblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.