18-11-2022, 19:32 777

Ziddiyyətli Fransa: “Azadlıq, bərabərlik və qardaşlıq” neokolonializm siyasətinə mane olmur - ŞƏRH

Dünyada müstəmləkə dövrünün geridə qaldığı düşünülür. Böyük imperiyalar dövründə yaranmış müstəmləkələr müstəqillik əldə ediblər.

Amma hansı ölkələrin başqalarını hələ də öz nəzarəti altında saxladığına və özlərini onların metropoliyası (ana ölkəsi – red.) saydıqlarına diqqətlə baxsaq, özünü demokratiyanın beşiyi hesab edən Fransanın bu gün ən çox müstəmləkəyə malik olduğunu görərik. O, bir vaxtlar ən geniş koloniyalara malik olan Britaniya İmperiyasını da qabaqlayır.

Fransa Afrikada və dünyanın digər bölgələrində geniş ərazilərə sahib idi. Onların əksəriyyəti müstəqillik əldə etsə də, Fransa hələ də əhalisi Böyük Britaniyanın “müstəmləkə təbəələrindən” çox olan ərazilərin sahibi olaraq qalır.

Əsaslı olsun deyə sübut gətirək: Fransanın Avropadakı ərazisi 551 min km2, dənizyanı ərazilər ilə birlikdə isə 675 min km2-dir. Yəni onun dənizlərdə/okeanlardakı - Kanada sahillərində, Afrikada, Hind okeanındakı adalarda, eləcə də Cənubi Amerika cəngəlliyinin Qviana adlı böyük bir hissəsində toplam 124 min km2 ərazisi var. Bunun nəticəsində də hətta Braziliya və Surinamla quru sərhədə malikdir.

Fransa, həmçinin Cənub qütbünə qədər Antarktidanın bir həssəsini də idarə edir.

Fransanın keçmiş müstəmləkəsi olan Madaqaskardan fərqli olaraq, müstəqillik əldə edə bilməyən iki əsas adada - İtaliya sahillərində yerləşən Korsika və Avstraliyanın qərbində və Yeni Zelandiyanın şimalında yerləşən Yeni Kaledoniyada siyasi müstəqillik hərəkatı var.

Afrikadakı və başqa yerlərdəki keçmiş müstəmləkələrdən metropoliyanın təsirindən tam qurtula bilib-bilmədiklərini soruşun, cavab birmənalı olmayacaq.

Bu ölkələr və ərazilər artıq müstəmləkə adlandırılmır, lakin Fransa onları öz təsir dairəsində saxlamağın yollarını tapıb. Qalanını özünüz mühakimə edin.

Keçmiş koloniyalar “müstəmləkə borcunu” ödəməlidir. Söhbət metropoliyanın müstəmləkə dövründə qurduğu infrastrukturun pulunu ödəməkdən gedir. Bu borcun məbləği onu hansı ölkənin ödəməsindən və həmin ölkənin infrastrukturunun nə dərəcədə inkişaf etməsindən asılı olaraq dəyişir.

Fransa Afrika ölkələrinin milli ehtiyatlarını avtomatik olaraq müsadirə edə bilər, çünki onlar keçmiş metropoliyanın Mərkəzi Bankında saxlanılır.

1961-ci ildən Fransa 14 Afrika ölkəsinin – Benin, Burkina-Faso, Kot d'İvuar, Mali, Niger, Seneqal, Toqo, Kamerun, Mərkəzi Afrika Respublikası, Qvineya-Bisau, Ekvatorial Qvineya, Çad, Konqo və Qabonun milli ehtiyatlarına sahibdir. Bu Afrika ölkələrinin valyuta ehtiyatlarının 80 faizindən çoxu Fransa xəzinədarlığının nəzarətində olan “əməliyyat hesabları”nda saxlanılır.

Müstəqil Afrika bankları hesab edilən BEAC (Banque des Etats de l'Afrique Centrale) və BEACO (Banque Centrale des Etats de l'Afrique de l'Ouest) reallıqda özünü pul-kredit siyasətini həyata keçirmirlər.

Fransanın hazırda xəzinəsində Afrika ölkələrinin təxminən 500 milyard ABŞ dolları dəyərində olan pulunu saxladığı və hər şeyi edəcəyi təxmin edilir. Üstəlik, Afrika ölkələrinin onlara tam şəkildə çıxışı yoxdur - ildə yalnız 15 faiz. Onlara daha çox vəsait lazım olarsa, Fransa xəzinəsinin girovluğunda olan öz pullarının qalan 85 faizindən kommersiya dərəcələri ilə borc almalıdırlar...

2018-ci ildə Fransanın keçmiş prezidenti Jak Şirak bir videoda demişdi ki, fransızlar banklarındakı külli miqdarda pulun Afrika qitəsindəki keçmiş müstəmləkələrin istismarından əldə olunması faktını qəbul etməlidirlər.

Fransa keçmiş müstəmləkələrinin ərazisində tapılan istənilən təbii ehtiyatları almaq üçün üstünlük hüququna malik olduğunu iddia edir. Afrika ölkələrinə həmçinin sərbəst şəkildə başqa tərəfdaşlar axtarmağa da icazə verilmir.

Fransa Afrika ölkələrini dövlət satınalmalarında və dövlət tenderlərində fransız maraqlarına və şirkətlərinə üstünlük verməyə məcbur edir.

Nəticədə Fransanın bir çox keçmiş koloniyasında bütün əsas iqtisadi aktivlər fransızların əlindədir. Məsələn, Kot d'İvuarda Fransa şirkətləri bütün əsas kommunal xidmətləri idarə və nəzarət edirlər: su, elektrik, telefon, nəqliyyat, limanlar və böyük banklar. Ticarətdə, tikintidə, kənd təsərrüfatında da vəziyyət eynidir.

Fransa hərbi texnikanın tədarükü və afrikalı hərbi zabitlərin təlimi üçün müstəsna hüquqa sahib olduğunu iddia edir.

Müdafiə müqavilələrinin və Müstəmləkə Paktının şərtlərinə əsasən, Fransa Afrika ölkələrinin işlərinə hərbi müdaxilə etmək, həmçinin öz qoşunlarını daimi olaraq hərbi bazalarda yerləşdirmək üçün qanuni hüquqa malik olduğunu iddia edir.

Afrika ölkələrindən fransız dilini ölkənin rəsmi və təhsilin əsas dili etmək tələb olunur.

Fransanın keçmiş koloniyaları müstəmləkə valyutası olan FCFA-dan (frank CFA) istifadə etməyə məcburdurlar. Avropa İttifaqı bunu qınasa da, Fransa belə bir sistemdən imtina etmək fikrində deyil.

Siyahını uzatmaq da olar, keçmiş və indiki müstəmləkələrin Fransa boyunduruğundan qurtulmasına mane olan başqa məhdudiyyətlər də var. Amma onlarsız da hər şey çox aydın görünür. Müstəmləkə yerinə dənizyanı departamentlər və regionlar, icmalar və xüsusi statusa malik inzibati-ərazi vahidləri ifadələri işlətməklə vəziyyəti ört-basdır etmək cəhdləri məsələnin mahiyyətini dəyişmir.

Fransa neokolonialist siyasətini davam etdirir və hətta mübarizə və itkilər, qan bahasına müstəqillik əldə etmiş dövlətləri belə “qucağından” buraxmır.

Paylaş

Xəbər lenti

Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR