15-10-2025, 20:48 396

Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ

Bələdiyyə torpaqlarının növbəti müsabiqə və hərracları keçiriləcək.

AVESTA.AZ-in məlumatına görə, torpaq müsabiqə və hərracları 22 oktyabrda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunacaq.

Bu dəfə satış və icarəyə çıxarılan torpaq sahələri Sumqayıt, Xızı, Kürdəmir, Bərdə, Tərtər, Qazax, Ağstafa, Xaçmaz, Şabran, İmişli və Füzuli rayonlarını əhatə edir. Torpaqlar əsasən fərdi yaşayış evlərinin tikintisi, kənd təsərrüfatı fəaliyyəti, heyvandarlıq və sahibkarlıq məqsədləri üçün təqdim olunur.

Sumqayıt şəhərində iki torpaq sahəsi satışa çıxarılıb. Onlardan biri 1700 kv.m sahəyə malikdir və ilkin satış qiyməti 42 500 manat, digəri isə 6300 kv.m olmaqla 157 500 manat dəyərində qiymətləndirilib. Hər iki sahə sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulub.

Xızı rayonunun Sitalçay kəndində isə müxtəlif ölçülü torpaq sahələri 30 il müddətinə icarəyə təklif olunur. Burada torpaqlar "quşların mühafizə sistemlərinin inşası" məqsədilə sənaye və rabitə təyinatlı kateqoriyada təqdim edilir.

Kənd təsərrüfatı təyinatlı torpaqların icarəsi üçün də imkanlar açılıb. Bərdə, Tərtər, Füzuli və Qazax rayonlarında torpaqlar əsasən əkinçilik və heyvandarlıq məqsədlərinə yönəlib. Məsələn, Tərtərin Ələsgərli kəndində 12,42 hektar torpaq 20 illik icarəyə çıxarılıb və ilkin illik icarə haqqı 3726 manat müəyyən edilib.

Ağstafa və Şabran rayonlarında isə fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələri satışa təqdim olunur. Şabranın Pirəbədil kəndində 1000 kv.m-lik torpaq sahəsinin ilkin satış qiyməti 5000 manatdır.

Müsabiqə və hərracların məqsədi torpaqdan istifadənin səmərəliliyini artırmaq, şəffaf icarə və satış mexanizmini təmin etməkdir.

Torpaq sahələrinin sahəsi və qiymət siyahısı

№ Ərazi və Bələdiyyə Sahə Satılır / İcarə İlkin qiymət (manat) Məqsəd
1 Sumqayıt şəhəri 1700 kv.m Satılır 42 500 Sahibkarlıq
2 Sumqayıt şəhəri 6300 kv.m Satılır 157 500 Sahibkarlıq
3–11 Xızı, Giləzi (Sitalçay kəndi) 100 kv.m (hər biri) İcarə (30 il) 20 Quşların mühafizə sistemlərinin inşası
12 Xızı, Giləzi (Sitalçay kəndi) 1.44 ha İcarə (30 il) 2880 Quşların mühafizə sistemlərinin inşası
13 Kürdəmir, Xırdapay kəndi 265 kv.m Satılır 2067 Fərdi yaşayış evi
14 Bərdə, Otuzikilər kəndi 1 ha İcarə (10 il) 320 Kənd təsərrüfatı məhsulları
15 Bərdə, Yeni Əyricə kəndi 2 ha İcarə (10 il) 420 Heyvandarlıq
16 Tərtər, Ələsgərli kəndi 12.42 ha İcarə (20 il) 3726 Kənd təsərrüfatı məhsulları
17 Qazax, Xanlıqlar kəndi 1 ha İcarə (15 il) 100 Heyvandarlıq
18 Ağstafa, Dağ Kəsəmən kəndi 137 kv.m Satılır 760 Fərdi yaşayış evi
19 Ağstafa, Dağ Kəsəmən kəndi 853 kv.m Satılır 4700 Fərdi yaşayış evi
20 Xaçmaz, Dədəli kəndi 15.8 ha İcarə (15 il) 2370 Kənd təsərrüfatı məhsulları
21 Şabran, Bilici-Qorğan kəndi 800 kv.m Satılır 4000 Fərdi yaşayış evi
22 Şabran, Pirəbədil kəndi 1000 kv.m Satılır 5000 Fərdi yaşayış evi
23 İmişli, Əliyetməzli kəndi 7 ha İcarə (15 il) 840 Heyvandarlıq
24 Füzuli, Yuxarı Kürdmahmudlu kəndi 1 ha İcarə (15 il) 300 Kənd təsərrüfatı
25–29 Füzuli, Əhmədbəyli kəndi (Qarabağ kəndi və Aşağı Kürdmahmudlu) 1–21.4 ha İcarə (15 il) 200–4280 Heyvandarlıq
Paylaş

Xəbər lenti

Astarada iki avtomobil toqquşub, xəsarət alan var Bu gün, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Bu gün, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Bu gün, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Bu gün, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR