16-10-2025, 20:48 364

İşləmədən pul qazanmaq mümkündürmü? - Bunları mütləq bilməlisiniz

Müasir dövrdə insanların çoxu eyni sualı özünə verir: "İşləmədən necə pul qazana bilərəm?"

Sosial şəbəkələrdə tez-tez "asanca qazanc", "evdən çıxmadan gəlir" kimi vədlər görürük.

BAKU.WS olaraq məsələyə bir az geniş yanaşaq:

İlk öncə qeyd edək ki, reallıqda məsələnin mahiyyəti bir qədər fərqlidir. Ekspertlərə görə, işləmədən pul qazanmaq yalnız passiv gəlir yaratmaqla mümkündür.

Passiv gəlir nədir?

Passiv gəlir - bir dəfə görülən iş və ya yatırılan sərmayənin sonradan daimi gəlir gətirməsidir. Yəni insan hər gün aktiv şəkildə işləməsə də, sistem işləməyə davam edir.

Bu gəlir növü əvvəlcədən müəyyən əmək, bilik və ya maliyyə resursu tələb edir. Amma sonrakı mərhələdə minimal nəzarətlə davamlı gəlir axını təmin olunur.

Passiv gəlirin əsas növləri isə bir dəfə vəsait qoymaqla, yaxud bir dəfə planlı sistem qurmaqla qazanılan pul növünə deyilir.

Mənzil və torpaq kirayəsi

Bank depozitləri və faiz gəlirləri

İnvestisiyalardan dividentlər

YouTube, bloq və elektron kitab satışlarından gəlir

Əmlak kirayəsi sabit gəlir mənbəyi sayılır. Əmlak sahibləri üçün kirayə ən sadə passiv gəlir üsuludur. Mülkü uzunmüddətli və ya qısamüddətli icarəyə verməklə sabit gəlir əldə olunur.

Son illər cəmiyyətimiz üçün bu prosesi daha əlçatan edib. Bununla yanaşı, əmlakın dəyəri zaman keçdikcə artdığı üçün, bu üsul həm də uzunmüddətli investisiya kimi dəyərləndirilir.

Rəqəmsal gəlir internetin təqdim etdiyi fürsət sayılır.

Rəqəmsal dövrdə insanlar artıq bilik və yaradıcılıq hesabına qazanc əldə edə bilirlər.

Gəlin nümunələrə baxaq:

Bloq və ya xəbər saytında reklam yerləşdirmək

YouTube kanalından gəlir götürmək

E-kitab və ya onlayn kurs satışı

Sosial mediada kontent yaradaraq izləyici qazancı əldə etmək

Bu işlər başlanğıcda vaxt və səy tələb etsə də, bir dəfə sistem qurulduqdan sonra illərlə gəlir gətirə bilər.

İnvestisiya isə pulu işlətmək sənətinə deyilir.

İnvestisiya passiv gəlirin ən qədim və etibarlı üsullarından biridir. Maliyyə bazarına yatırılan vəsait düzgün istiqamət seçilərsə, gələcəkdə sabit qazanc gətirə bilər.

Ən məşhur variantlar:

Bank depozitləri

Fond bazarları və səhmlər

İstiqraz və ETF-lər

Kriptovalyuta bazarı

Amma mütəxəssislər xəbərdarlıq edir ki, investisiyanı təcrübə və bilik olmadan etmək risklidir. Əvvəlcə maliyyə savadlılığına vaxt ayırmaq vacibdir.

Rəqəmsal məhsullar isə yaradıcılıqdan gəlir. Əgər insanın yaradıcı bacarığı varsa, rəqəmsal məhsullar ən perspektivli passiv gəlir mənbəyidir.

Məsələn, foto və videoların satışından (Shutterstock, Adobe Stock və s.) əldə olunan qazanc.

Dizayn və illüstrasiya şablonları

Onlayn tədris və ya musiqi materialları

Belə məhsullar bir dəfə yaradılır, amma illərlə gəlir gətirə bilər.

"Heç nə etmədən pul qazanmaq" fikiri isə bir mifdir.

Tamamilə işləmədən pul qazanmaq ideyası, əslində, bir təxəyyülün nəticəsidir. Passiv gəlir belə, əvvəlcə ciddi zəhmət, plan və risk tələb edir.

Sadə bir qayda var:

"Əgər işləmək istəmirsənsə, əvvəlcə ağıllı işləməlisən".

Yəni, ya vaxt və bilik, ya da kapital yatırmaq lazımdır. Bu yatırımlar gələcəkdə sənin yerinə işləyəcək sistemlərə çevrilə bilər.

İşləmədən pul qazanmaq arzusu əslində mümkünsüz deyil, sadəcə düzgün yanaşma və səbir tələb edir.

Kimisi üçün bu, icarə gəliri ilə, kimisi üçün isə onlayn platformalar vasitəsilə reallaşır. Əsas məsələ ilk addımı atmaq və sistem qurmaqdır. Hər kəsə bu yolda uğurlar arzulayırıq.

Ziya SƏCCAD

Paylaş

Xəbər lenti

Bakının iki rayonunda işıq kəsiləcək Bu gün, 08:48 UEFA Millətlər Liqası: Ronaldosuz Portuqaliya yenə qələbə qazandı Bu gün, 08:48 TIR sürücüsü beton piltəni magistral yolda sürüdü Bu gün, 08:48 Mahir Emreli: Bu oyun bizim ayıbımız olaraq yadda qalacaq Bu gün, 08:48 Azərbaycan ordusunda yeni mərhələ: Müasir artilleriya sistemlərinin lokallaşdırılması nə vəd edir? Bu gün, 08:48 Putin: Azərbaycan Şimal-Cənub dəhlizinin reallaşdırılmasını dəstəkləyir Bu gün, 08:48 Mağazalarda toyuq əti də BAHALAŞDI Bu gün, 08:48 Boşanmaq istəyən qadının dəhşətli sonu: Azyaşlı uşaq anası evində qətlə yetirildi Bu gün, 00:48 Azərbaycanda quzu əti bahalaşdı Dünən, 23:48 Ermənistan ordusunun hərbi qulluqçusu öldü Dünən, 23:48 Venesuelada ABŞ-nin hərbi bazası yaradıla bilər Dünən, 23:48 ABŞ üç ölkə ilə müdafiə əməkdaşlığının gücləndirilməsini müzakirə edəcək Dünən, 23:48 Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır Dünən, 23:48 "Birliyin Gücü – 2026" birgə hərbi təlimi başa çatıb Dünən, 23:48 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı Dünən, 22:48 UEFA Millətlər Liqası: Azərbaycan evdə Lixtenşteyn yığmasına qalib gələ bilməyib Dünən, 22:48 Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında yeni qaydalar tətbiq edilir Dünən, 22:48 Putin: Rusiya birbaşa hücuma bütün mümkün vasitələrlə cavab verəcək Dünən, 22:48 Gəncədə avtomobil aşıb, xəsarət alanlar var Dünən, 22:48 Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb Dünən, 22:48 "Bloomberg": Rusiya və Ukrayna Qara dənizdə atəşkəslə bağlı yeni danışıqlar aparacaq Dünən, 21:48 Sürücülərin nəzərinə: Bu yol bağlanır Dünən, 21:48 Yaşar Gülər, Zakir Həsənov və İrakli Çikovani Şuşada olublar Dünən, 21:48 Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - 176 mindən çox mənzil... Dünən, 21:48 "Haber Global": "Birliyin Gücü - 2026" birgə hərbi təlimi uğurla başa çatdı" Dünən, 21:48 Bakının ən bahalı ünvanları: Şok qiymətlər Dünən, 20:48 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır Dünən, 20:48 İran neft bazarında şok: Tankerlər boş qaldı Dünən, 20:48 Onlayn kreditlərlə bağlı vacib addım - Yeni qərar nələri dəyişəcək? Dünən, 20:48 Yeni binalar istilik sisteminə necə qoşula bilər? - RƏSMİ Dünən, 20:48 Azərbaycanın U-17 qızları yenə böyükhesablı məğlubiyyətlə üzləşib Dünən, 20:48 Mikayıl Cabbarov: Azərbaycan çimərlik güləşində ilk dəfə dünya çempionu olub Dünən, 19:48 Baş Prokurorluq: Hərbi qulluqçumuz Ermənistan ərazisində saxlanılıb Dünən, 19:48 Bakıdan Şamaxıya işləməyə gedən müəllimə: "İlk dəfə gələndə ağladım" Dünən, 19:48 100-ə yaxın insanın zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırıldı Dünən, 19:48 Daha bir rayonda yollar əsaslı TƏMİR OLUNACAQ Dünən, 19:48 SOCAR-ın istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib Dünən, 18:48 Cənubi Qafqazda yollar uğrunda mübarizə: Rusiyanın planı nədir? Dünən, 18:48 Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib Dünən, 18:48 Bu deputatın mandatı ləğv edildi Dünən, 18:48 Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: "Məni telefonla çəkirdi" Dünən, 18:48 Azərbaycan və Çin arasında minatəmizləmə sahəsində müzakirələr aparılıb Dünən, 18:48 Azərbaycanda mənzil və avtomobillər kimlərə pulsuz verilir - RƏSMİ CAVAB Dünən, 18:48 Bakı–Tbilisi–Bakı qatarı ilə bağlı ŞAD XƏBƏR - Həm ucuzlaşdı, həm də... Dünən, 17:49 Ötən ay Azərbaycanda havanın temperaturu iqlim norması ilə müqayisədə 24 gün yuxarı olub Dünən, 17:48 SOCAR-ın iştirakı ilə yeni şirkət yaradılıb Dünən, 17:48 Fıstığın yaşlı insanlar üçün inanılmaz faydası üzə çıxıb Dünən, 17:48 Azərbaycan, Türkiyə və Özbəkistanın birgə təlimində yekun mərhələ Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR