Dünən, 19:48 13

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisə daxil olub

Azərbaycanın 2026-cı il dövlət büdcəsi layihəsi və dövlət büdcəsinə aid olan qanun layihələri Milli Məclisə daxil olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, oktyabrın 15-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" Qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib.

Qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə rəy verilməsi üçün Hesablama Palatasına göndərilib və palatanın rəyi alındıqdan sonra Milli Məclisdə müzakirələri keçiriləcək.

2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat məbləğində proqnozlaşdırılır. Büdcənin gəlir strukturunda qeyri-neft sektorunun payı əhəmiyyətli dərəcədə artır. Bu büdcənin neft amilindən asılılığının daha da azalmasına gətirib çıxaracaq. Belə ki, gəlirlərin 57,4 %-i, vergilərin isə 78,7 %-i qeyri-neft mənbələri hesabına formalaşacaq.

Növbəti il üçün büdcənin xərcləri isə 41 milyard 703,6 milyon manat məbləğində müəyyən olunub. Növbəti il üçün dövlət büdcəsinin xərcləri Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən prioritetləri, o cümlədən müdafiə qabiliyyətinin, əhalinin sosial müdafiəsinin təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, investisiya layihələrinin həyata keçirilməsi, habelə dövlətin funksiya və vəzifələrinə aid olan zəruri xərclərlə bağlı müvafiq maliyyə təminatını formalaşdırır.

Büdcə layihəsində qeyri-neft gəlirlərinin cari xərcləri ödəmə qabiliyyəti 88,1 % səviyyəsindədir. Bu cari illə müqayisədə 7,1 faiz bəndi çoxdur.

Dövlət büdcəsinin kəsiri isə 3 milyard 94,6 milyon manat proqnozlaşdırılır ki, bu ÜDM-in cəmi 2,3 %-i həcmindədir.

2026-cı ildə Dövlət Neft Fondundan transfertlərin həcmi cari ilə nəzərən 1 milyard 646 milyon manat az proqnozlaşdırılıb. Bu büdcənin neft gəlirlərindən aslılığının azaldılması və valyuta ehtiyatların qorunması istiqamətində görülən tədbirlərin bariz göstəricisidir.

Növbəti il üçün icmal büdcənin gəlirləri 1 milyard 18,8 milyon manat artaraq 44 milyard 969,4 milyon manat, xərcləri isə 1 milyard 209,9 milyon manat artaraq 48 milyard 839,3 milyon manat, kəsiri isə 3 milyard 870 milyon manat məbləğində müəyyən olunub.

2026-cı ildə icmal büdcədə qeyri-neft gəlirlərinin payı 63 % proqnozlaşdırılır. Bu, son illər ərzində qeyri-neft sektorunun büdcə gəlirlərindəki rolunun davamlı şəkildə artdığını göstərir. Müqayisə üçün, 2023-cü ildə bu göstərici 43,9 %, 2024-cü ildə 52,4 %, 2025-ci ildə isə 58,4 % təşkil edib.

Ümumilikdə, 2026-cı ilin dövlət büdcəsi qeyri-neft gəlirlərinin sabit artımı və neftdən asılılığın azalması ilə fiskal dayanıqlılığı təmin etməyi, xərclərin isə sosial-iqtisadi prioritetlərə uyğun həyata keçirilməyi və dövlətin funksiyalarına aid zəruri xərclər üçün maliyyə təminatı yaratmağı hədəfləyir.

Paylaş

Xəbər lenti

"TikTok"da canlı yayım açdı, söyüş söyən həmkəndlisini çayxanada döydü Bu gün, 16:48 Ramiz Mehdiyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib Bu gün, 16:48 Qızıl altı min dollara qədər bahalaşa bilər Bu gün, 16:48 Bakıda gənc iş adamı idman zalında qəfildən öldü Bu gün, 15:48 Cemal Hünal: "O aktyorla eyni filmə çəkilmərəm!" Bu gün, 15:48 Belinə bıçaq taxıb küçədə gəzən şəxs həbs edildi Bu gün, 15:48 Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkarlanıb Bu gün, 15:48 Xalq artistinin oğlu: "Aygün xalanı anam qədər sevirəm" Bu gün, 14:48 20 qəpik üstündə bıçaqlanan məktəblinin nənəsi danışdı Bu gün, 14:48 Elektromobil idxalında kəskin azalma - SƏBƏBLƏR Bu gün, 14:48 Pərvin Abıyeva ad günündə mahnı oxudu, DJ-lik etdi Bu gün, 14:48 Şagirdlər yeməyi çöldə yerdə yeməyə məcbur oldular Bu gün, 14:48 Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçiriləcək Bu gün, 13:48 Təyyarə qəzasında yaralanan Nurullah dayı vəfat etdi Bu gün, 13:48 Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib Bu gün, 13:48 Xaçmaz Rayon Polis Şöbəsinin təşəbbüsü ilə pedaqoji kollektivlə görüş keçirilib Bu gün, 13:48 "Neftçi" Abubakarı transfer etdi - RƏSMİ Bu gün, 13:48 Bakıda inşa olunan yeni yol belə olacaq Bu gün, 12:48 İlham Əliyev: "Qazaxıstanın Azərbaycan ilə münasibətləri qardaşlıq və etimad nümunəsidir" Bu gün, 12:48 Azərbaycanlı müğənninin oğlunun əsərləri "Luvr" muzeyində sərgiləndi Bu gün, 12:48 İran hərbi gəmiləri Bakı limanını tərk etdi Bu gün, 12:48 Milli komandamızın atleti Slovakiyada keçirilən Avropa çempionatında medallar qazanıb Bu gün, 12:48 Bakıda ailə evindən çıxarıldı: Övladları küçədə dərs oxuyurlar Bu gün, 12:48 Sabah 24 dərəcə isti olacaq - Proqnoz Bu gün, 12:48 Prezident: Azərbaycan və Qazaxıstan arasında sualtı kabelin tikintisi 2026-cı ilin sonunadək başa çatacaq Bu gün, 11:48 Prezident: TDT Azərbaycan və Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində əsas rol oynayır Bu gün, 11:48 İlham Əliyev: Azərbaycan və Qazaxıstan çoxşaxəli formatda səmərəli əməkdaşlıq edir Bu gün, 11:48 PSJ Lamine Yamal üçün futbol tarixinin ən böyük təklifini verməyə hazırlaşır Bu gün, 11:48 Dövlət başçısı: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına sərmayələri 225 milyon dollara çatıb Bu gün, 11:48 Hikmət Hacıyev: Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanın humanitar diplomatiyasının parlaq nümunəsidir Bu gün, 11:48 Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb Bu gün, 11:48 Mehriban Əliyevanın Vatikana səfəri dünya mediasının diqqət mərkəzində Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 1 dollara yaxın ucuzlaşıb Bu gün, 11:48 Səhiyyə Nazirliyinin bu müəssisələri ləğv olundu Bu gün, 11:48 Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib Bu gün, 11:48 Vatikan və İtaliya mətbuatı Mehriban Əliyevanın Roma Papası ilə görüşünü geniş işıqlandırıb Bu gün, 10:48 Bu rayonun bəzi ərazilərində qaz olmayacaq Bu gün, 10:48 Kainatın pis gözdən və şər qüvvələrdən qoruduğu yeganə BÜRC Bu gün, 10:48 Pensiya yaşı nə vaxt dəyişdiriləcək? Bu gün, 10:48 Bu gün səfərə çıxan sürücülərə VACİB XƏBƏR Bu gün, 10:48 Qanında narkotik maddə aşkarlanan Dilan Polat ağlayaraq etiraz etdi Bu gün, 10:48 Müdafiə Nazirliyi: Müstəqilliyimiz əbədi, dövlətimiz sarsılmazdır! Bu gün, 09:48 Mehriban Əliyeva Vatikan Apostol Kitabxanasını ziyarət edib Bu gün, 09:48 Mehriban Əliyeva Vatikanda Müqəddəs Pyotr Bazilikasında görülmüş bərpa işləri ilə tanış olub Bu gün, 09:48 Qərbi Azərbaycan Xronikası: "Kəndimiz Malatyadan gələn Yılanoğulları tayfasının adı ilə bağlıdır" Bu gün, 09:48 Mikayıl Cabbarov Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib Bu gün, 09:48 Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib Bu gün, 09:48 Şahdağa qar yağıb Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR