
"Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda paytaxtda taksilərin fəaliyyətinə qoyulan limit, sosial mediada azyaşlıların istismarına dair müzakirələr, Ramiz Mehdiyev və digər sabiq məmurlarla bağlı son hadisələr diqqət mərkəzində olub.
Verilişdə, həmçinin sosial şəbəkələrdə populyarlaşan azyaşlı qızla bağlı məsələyə də toxunulub. Aparıcı uşağın görüntülərinin "izlənmə xatirinə" paylaşılmasını uşağın istismarı kimi qiymətləndirib və media etikasının pozulduğunu vurğulayıb.
Verilişdə həftə ərzində gündəm olan bu və digər məsələlər diqqətə çatdırılaraq şərh edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.