22-10-2025, 12:48 252

İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahknanı qəbul edib.

BAKU.WS xəbər verir ki, Estoniyanın xarici işlər naziri Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi, bu məsələdə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın xüsusi rolunu vurğuladı. Vaşinqton görüşündəki razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyən Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında nəqliyyat bağlantısının açılmasının önəminə toxundu.

Estoniyanın xarici işlər naziri Ermənistanın Qazaxıstandan idxal etdiyi taxılın Azərbaycan ərazisindən tranzit yolu ilə daşınmasına ölkəmiz tərəfindən icazə verilməsinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində mühüm addım olduğunu vurğuladı.

Nazir ölkəmizə geniş tərkibdə biznes nümayəndə heyəti ilə gəldiyini və Bakıda biznes forumun keçirildiyini dedi, bu cür tədbirlərin ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafına təkan verəcəyinə ümidvarlığını bildirdi.

Qonaq Estoniyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrini dəstəklədiyini qeyd edərək, hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafındakı müsbət dinamikanın məmnunluq doğurduğunu dedi.

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə Tirana və Kopenhagendə görüşlərini məmnunluqla xatırladı, ölkəmizlə Avropa İttifaqı arasında enerji, nəqliyyat bağlantıları və digər sahələrdə əməkdaşlıq üçün yeni perspektivlərin açıldığını qeyd etdi.

Qonaq COP29-un Azərbaycanda uğurla keçirilməsi münasibətilə də təbriklərini çatdıraraq, bu tədbirdə beynəlxalq iqlim gündəliyi ilə bağlı ciddi nəticələrin əldə edildiyini vurğuladı.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Paylaş

Xəbər lenti

"Tuzlu Kahve"nin çəkildiyi lüks malikanənin sahibi açıqlandı Bu gün, 18:48 Bakıda turist skuterdən yıxılaraq xəsarət alıb Bu gün, 18:48 Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib Bu gün, 18:48 Aytən Səfərova: "İşıqpulunun çoxluğundan gileylənirik, amma bahalı telefon alırıq" Bu gün, 18:48 Sürücülük təlimində ciddi QANUN POZUNTUSU: 17 yaşlı şəxslə əsas yola çıxdı Bu gün, 18:48 Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı Bu gün, 18:48 Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA Bu gün, 17:48 FHN əhaliyə hava xəbərdarlığı edir Bu gün, 17:48 Kadir İnanırın pulu və qızılları oğurlandı Bu gün, 17:48 "Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib Bu gün, 17:48 Rusiya dronların yığılması üçün 25 minə qədər Şimali Koreya vətəndaşını işə götürür Bu gün, 17:48 Kimsəsizlər evində yaşayan 78 yaşlı aktrisanın SON HALI Bu gün, 17:48 Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq Bu gün, 17:48 74 yaşlı Harvi Vaynşteyn 15 il müddətinə həbs edildi Bu gün, 17:48 Rauf Arifoğlu: "Paşinyan istəsəydi, Vardanyanın qarşısını alardı" Bu gün, 17:48 Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək Bu gün, 17:48 "Birliyin Gücü – 2026": Şərti terrorçuların sığınacaqları məhv edilib Bu gün, 16:48 Əli Əsədov: "Ölkə qarşısında yeni strateji çağırış və hədəflər formalaşır" Bu gün, 16:48 "Trendyol" sifarişləri gecikir - Quru yolla daşınır? Bu gün, 16:48 "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başlayıb Bu gün, 16:48 Yaxın 4 ildə dövlət büdcəsi xərclərinin əsas prioritet istiqamətləri ELAN EDİLDİ Bu gün, 16:48 Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib Bu gün, 16:48 Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ Bu gün, 16:48 Babək rayonunun icra başçısı vəzifəsindən azad edilib Bu gün, 16:48 "Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib Bu gün, 16:48 Sergey Sosedov 58 yaşında vəfat etdi Bu gün, 16:48 Prezident Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb Bu gün, 16:48 Rodri "Barselona"da onu ən çox təəccübləndirən futbolçunun adını açıqladı Bu gün, 15:48 BƏƏ İrana uçuşları dayandırdı – ABŞ sanksiyaları əsas gətirildi Bu gün, 15:48 58 yaşlı kişi gəncləşmək üçün Viyetnama getdi, tanınmaz hala düşdü Bu gün, 15:48 Bakının Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib Bu gün, 15:48 2 milyona yaxın borcu olan biznesmenin Azərbaycandan çıxışına QADAĞA Bu gün, 15:48 DİN-in duracaqlarında nəqliyyat vasitələrinin saxlanılmasının məbləği təsdiqlənib Bu gün, 15:48 Qusarda meşədə qətlə yetirilən qadının meyiti tapılıb, saxlanılan var Bu gün, 15:48 Həkim səhər yeməyində bu qidalardan uzaq durmağı tövsiyə edib Bu gün, 14:48 "Dubl-Bom"un aparıcısı: "Bir dəfə məni avtobusda yatanda çəkib, verilişə göndərmişdilər" Bu gün, 14:48 "Formula-1": Azərbaycan Qran-prisinin ilk sərbəst yürüşü başa çatıb Bu gün, 14:48 Qazaxıstanda təlim zamanı faciə: 9 hərbçi həlak oldu, 10 nəfər axtarılır Bu gün, 14:48 Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu Bu gün, 14:48 Ermənistandan Azərbaycana ixrac edilən məhsulun adı açıqlandı Bu gün, 14:48 Sakinlərin kanalizasiya şikayətinə RƏSMİ CAVAB: "Min manat cərimələnə bilərlər" Bu gün, 14:48 Zeynəb Xanlarova İtaliyada dincəlir Bu gün, 14:48 Türklərə qarşı etnik təmizləmənin olduğu Əbilkəndin əsrlərə uzanan tarixi Bu gün, 13:48 Ramina Saadatkhanın əsəri "Cadillac"ın Azərbaycan Qran-Prisi posterində Bu gün, 13:48 İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb Bu gün, 13:48 "Yeraltı"nın aktrisası özünə 8 milyonluq cip aldı Bu gün, 13:48 İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTO Bu gün, 13:48 Kenan İmirzalıoğlu ilə Bergüzar Korelin serialı FİNAL EDİR Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR