23-10-2025, 11:48 273

ŞAD XƏBƏR - Yanvarın 1-dən bu şəxslərdən gəlir vergisi TUTULMAYACAQ

Azərbaycanda 2019-cu ildən qüvvədə olan gəlir vergisi üzrə güzəşt müddəti 2026-cı il yanvarın 1-də başa çatacaq. Bu tarixdən etibarən qeyri-neft-qaz və özəl sektorda çalışanlar gəlirlərindən vergi ödəməyə başlayacaqlar.

Bəs görəsən kimlər növbəti ildən gəlir vergisindən azad olunacaq? Yaxud da kimlərə vergi güzəştləri tətbiq ediləcək?

Məsələ ilə əlaqədar Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov AVESTA.AZ-in suallarını cavablandırıb.

ŞAD XƏBƏR - Yanvarın 1-dən bu şəxslərdən gəlir vergisi TUTULMAYACAQ

Deputat bildirib ki, mövcud 7 illik güzəşt dövrünün başa çatması ilə gəlir vergisinin mərhələli şəkildə tətbiqi nəzərdə tutulur:

"Güzəşt 7 illik müəyyənləşdirilmişdi və biz də Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin ilk iclasında təklif etdiyimiz məqamlardan biri yeni sistemə - gəlir vergisinin tətbiqinə mərhələli küçidlə bağlı idi. Praktik olaraq son məlumatlar da göstərir ki, növbəti ildən etibarən mərhələli şəkildə gəlir vergisi tətbiq olunacaq. Nəzərə alsaq ki, orta aylıq əməkhaqqı 1000 manatdır və növbəti ildən etibarən 2500 manatadək olan əməkhaqqı 3% vergiyə cəlb olunacaq".

Vüqar Bayramovun sözlərinə görə, əsas məqsəd biznesin yeni vergi sisteminə tədricən uyğunlaşmasını təmin etməkdir:

"Burda məqsəd ondan ibarətdir ki məhz biznes vergilərin yenidən tətbiqinə hazır ola bilsin. Təbii ki vergi yükü artanda adətən bir sıra biznes subyektləri daha çox gizli iqtisadiyyata üstünlük verə bilərlər. Bu zaman da nəzarətin gücləndirilməsinə ehtiyac var. Hər halda 2026-cı ildə tətbiq edilən 3% vergi ödənişi olsa belə rəqəm olaraq böyük rəqəm deyil. 2026-cı ildə özəl sektorun növbəti illərdə 5 və daha artıq faizə hazır olması çox vacibdir. Bu baxımdan məqsəd ondan ibarət olmalıdır ki, xüsusən də əmək bazarında mövcud leqallaşma prosesi davam etsin. Şirkətlər yenidən əmək müqavilələri bağlamamağa maraqlı olmasınlar. Əmək müqavilələrində məbləği az göstərməkdə maraqlı olmasınlar".

Deputat əlavə edib ki, 2027-ci ildən etibarən gəlir vergisinin dərəcələrinin artması gözlənilir. Onun fikrincə, məqsəd əmək bazarında leqallaşma prosesinin davamlılığını qorumaqdır:

"Nəzərə alsaq ki, 2500 manatdan yüksək əməkhaqqı alan vətəndaşlarımızın sayı 2500 manatadək əməkhaqqı alanların sayı ilə müqayisədə xeyli azdır. Ona görə də burda artıq rəqəmlərin aşağı göstərilməsi deyil, daha çox əmək müqavilələrinin bağlanmaması riski ola bilər. Təbii ki nəzarətlə belə halları aradan qaldırmaq mümkündür. Xüsusən qeyd etmək lazımdır ki 2026-cı ildə müəyyənləşmiş məbləğ kiçik məbləğ olduğuna görə biznesin praktik olaraq buna adaptasiyası mümkün ola bilər. Sözsüz ki biznes növbəti dövrlərdə də artan faizlərə hazır olmalıdır. Çünki 2027-ci ildən başlayaraq bu verginin miqdarı artacaq".

Millət vəkili həmçinin qeyd edib ki, 2023-cü ilin 1 yanvarından şəhid ailələrinə vergi güzəştləri qüvvədədir və bu, Vergi Məcəlləsinin 102.1-1-ci maddəsi ilə tənzimlənir.

"Eyni zamanda gəlir vergisindən azad edilən digər vətəndaş qrupları da (red: hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri kimi hal və s.) mövcuddur. Vergi güzəştləri ilə bağlı hər hansı dəyişiklik planlaşdırılmır," - deputat vurğulayıb.

Banu Hüseynli

Paylaş

Xəbər lenti

2027-ci ildə qiymətlər necə tənzimlənəcək? - Komitə üzvündən AÇIQLAMA Bu gün, 15:48 Zəngilanda ilk dəfə "Qarabağa Qayıdış – İlk Texnika Festivalı" keçirilib Bu gün, 15:48 Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi Bu gün, 15:48 Sumqayıtda zəhərlənən 21 şagird xəstəxanadan evə buraxılıb Bu gün, 15:48 Binəqədi şosesində yol ikizolaqlı oldu Bu gün, 15:48 Nərimanovda tikintisi davam edən mənzillər üçün yeni satış şərtləri: hansı imkanlar var? – ƏTRAFLI Bu gün, 15:48 Pensiya və müavinət artımı ilə bağlı deputatdan paylaşım Bu gün, 14:48 Bakıda qarajdan meyit tapıldı Bu gün, 14:48 DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqları konfetlə zəhərləməsi iddiası təsdiqini tapmayıb Bu gün, 14:48 Komitə sədri: "Prezident qarşıda duran vəzifələri açıqladı" Bu gün, 14:48 Nazir kombayn sürdü Bu gün, 14:48 Sumqayıtda məktəbdə 21 şagird zəhərlənib - TƏFƏRRÜAT Bu gün, 14:48 Yardımlıda çayxanaya basqın: Sahibkar bıçaqlandı Bu gün, 14:48 Texnologiyada qadın gücü: Bir "Ctrl is hers" qalibləri üçün təlimlərə başlayıb Bu gün, 14:48 Nazirlik bu rayonlarda evlər tikdirəcək Bu gün, 14:48 Sabah Azərbaycanda güclü yağış yağacaq Bu gün, 13:48 Lalə Məmmədova: "Günahlara boyanalımmı?" Bu gün, 13:48 Bir ay ərzində özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 10 nəfər tutulub Bu gün, 13:48 Hacıqabul–Bəhrəmtəpə–Mincivan avtomobil yolu təmir etdirilir Bu gün, 13:48 Murad Ceylan tanınmaz hala düşdü Bu gün, 13:48 Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək Bu gün, 13:48 Prezidentdən əməkhaqqı və pensiyalarla bağlı əhaliyə ŞAD XƏBƏR Bu gün, 13:48 Tünzalə Ağayeva Xorvatiyada "Azərbaycan musiqisi gecəsi"ndə çıxış etdi Bu gün, 13:48 Maaş artımından sonra qiymətlər BAHALAŞACAQMI? - Komitə üzvü danışdı Bu gün, 13:48 Şəmkir-Gədəbəy yolunda yük maşını dərəyə aşıb Bu gün, 13:48 Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir Bu gün, 12:48 Gözəllik salonundan 3000 manatlıq kosmetika oğurlayan kişi tutuldu - ANBAAN VİDEO Bu gün, 12:48 Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polisdən açıqlama Bu gün, 12:48 Zakir Həsənov və Yaşar Gülər arasında Şuşada ikitərəfli görüş keçirilib Bu gün, 12:48 Aygün Kazımovadan "Nigaranam" sürprizi – Britaniyalı müğənni ilə duet Bu gün, 12:48 Zakir Həsənov: Şuşada keçirilən görüşün xüsusi əhəmiyyəti var Bu gün, 12:48 Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatıb Bu gün, 12:48 Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib Bu gün, 12:48 Bakının iki rayonunda yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 12:48 30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı Bu gün, 12:48 Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi Bu gün, 11:48 SOCAR Xəzər dənizində ilk dəfə 3D OBN seysmik tədqiqatı aparıb Bu gün, 11:48 Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır Bu gün, 11:48 İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir Bu gün, 11:48 Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır Bu gün, 11:48 Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir Bu gün, 11:48 "Azərsun Holdinq" ADEX 2026 sərgisində iştirak edir Bu gün, 11:48 Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır Bu gün, 11:48 İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq Bu gün, 11:48 Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin Bu gün, 11:48 Bakı küçələrini yenə su basacaq? - Qurumdan VACİB AÇIQLAMA Bu gün, 11:48 Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın Bu gün, 11:48 Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR