
Naxçıvanda hasarın uçması nəticəsində bir nəfər ölüb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə Babək rayonunun Nehrəm qəsəbəsində qeydə alınıb.
Məlumata görə, iritonnajlı avtomobil daşıdığı yükü hasarın ətrafına boşaldarkən hasar uçub. Nəticədə bir nəfər uçqun altında qalaraq ölüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.