
Ağ un, o cümlədən çörək və un məmulatları, həmçinin şəkər və yağlı süd məhsulları dəri problemlərinə səbəb ola bilər.
AVESTA.AZ xəbər verir ki, by barədə rusiyalı dietoloq Liliya Starodubtseva "RIA MO"ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, piyli və qızardılmış yeməklər, eləcə də spirtli içkilər sızanağın yaranmasını sürətləndirən əsas amillərdəndir.
"Alkoqol orqanizmdə mikrofloranı məhv edir, dərini qurudur, damarları qıcıqlandırır və qaraciyəri yükləyir. Bəzən bir qədəh şərabdan sonra belə dəri səpgiləri müşahidə olunur - bu, təsadüf deyil. Nə qədər çox şəkər qəbul olunursa, qaraciyər və bağırsaqlara düşən yük bir o qədər artır. Nəticədə dəri toksinlərin xaric edilməsində əlavə funksiyanı öz üzərinə götürür", - deyə mütəxəssis izah edib.
Dietoloqun fikrincə, un məmulatları qanda şəkərin səviyyəsini yüksəldərək iltihabi prosesləri aktivləşdirir, yağlı süd məhsulları isə dəridə artıq piy ifrazını artırır. Eyni zamanda, qızardılmış yeməklər və transyağ tərkibli məhsullar limfa axınının və drenajın pozulmasına səbəb olur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.