
Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı üç nəfər saxlanılıb.
AVESTA.AZ Lent.az-a istinadla xəbər verir ki, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd olunub ki, icra başçısının müavini Nadir Muradov və Təsərrüfat şöbəsində baş məsləhətçi-mühəndis vəzifəsində çalışan Qafar Abdullayev barəsində 4 aylıq həbs qərarı çıxarılıb.
Bundan başqa, İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin digər əməkdaşının da saxlanıldığı bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.