
Bakıda 16 yaşlı oğlan itkin düşüb.
AVESTA.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, M.Seyidov küçəsi ev 31/38, mənzil 16-da baş verib.
Həmin ünvanda yaşayan 2009-cu il təvəllüdlü Səid Kamaləddin oğlu Hacızadə yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.