
Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan Azərbaycandan tranzitlə gətirilən Qazaxıstan buğdasından hazırlanan çörəyi ilk dadmaq istədiyini bildirib.
AVESTA.AZ Ermənistan KİV-ə istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Bu buğdadan bişirilən çörəyi birinci dadmağa hazıram", - Papoyan qeyd edib.
Qeyd edək ki, daha əvvəl Qazaxıstandan yola çıxan və təxminən 1 000 ton dördüncü sinif buğda daşıyan qatar Qazaxıstan, Rusiya, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Ermənistana çatıb. Bu tədarük Azərbaycanın tranzit yük daşımalarına qoyduğu məhdudiyyətləri aradan qaldırmasından sonra mümkün olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.