
Bakıdan Ukraynaya gedən azərbaycanlı tələbələrdən ibarət təxminən 34 nəfərlik qrup Moldova hava limanında saxlanılıb.
Bu barədə onların yaxınları AVESTA.AZ-in "qaynar xətti"nə müraciətdə bildirib.
Qeyd olunub ki, tələbələri heç bir əsas göstərilmədən nəzarətə alıblar və uzun müddət hava limanında gözləməyə məcbur ediblər.
Məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə AVESTA.AZ-in sorğusuna cavab olaraq bildirdi ki, Moldovadakı Səfirliyimiz məsələ barədə məlumatlıdır və qeyd edilən gənclərə hər bir dəstək göstərilib.
"Onların Universitetə qəbul sənədləri qaydasında olmadığı üçün Moldova tərəfindən Ukraynaya buraxılmayıblar. Onlar ölkəmizə geri qaytarılacaq".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.