
Ukraynanın müdafiə qüvvələri Rusiyanın Ryazan vilayətindəki neft emalı zavodunu vurub.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Qərargahından bildirilib.
"Düşmənin raket-bomba zərbələri endirmək imkanlarını azaltmaq üçün Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın Ryazan vilayətindəki neft emalı zavodunu vurub", - Baş Qərargahın məlumatında deyilir.
Obyektin ərazisində çoxsaylı partlayışlar və güclü yanğın qeydə alınıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.