
Ötən sutka Çində rekord sayda yoluxma halı qeydə alınıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə Komissiyası yayıb.
Bildirilib ki, noyabrın 26-da 39 791 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 3 709-u simptomlu, 36 082-si isə simptomsuz qeydə alınıb.
Bundan başqa, səhiyyə qurumunun məlumatına görə, eyni dövr ərzində ölkədə bir nəfər sözügedən virusdan ölüb.
Beləliklə, Çində koronavirusa yoluxma hallarının sayı 271 159-a yüksəlib, ölənlərin sayı isə 5 233-ə çatıb.
Qeyd edək ki, Çində artıq dalbadal 4-cü gün koronavirusa yoluxma hallarının sayında rekord qeydə alınır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.