
Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngəzur dəhlizi çərçivəsində inşa edilən yüksəksürətli avtomobil yolu ilə bağlı paylaşım edib.
AVESTA.AZ xəbər verir ki, Hikmət Hacıyev "X" hesabında müvafiq videogörüntüləri paylaşıb.
"Bir neçə həftə əvvəl mən Zəngəzur dəhlizinin dəmiryolu xətti ilə bağlı videomateriallar yayımlamışdım.
Bu gün dəhliz çərçivəsində yüksəksürətli avtomagistralın tikintisi - regionun gələcəyini müəyyən edəcək layihə haqqında video paylaşıram", - deyə o, paylaşımda bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.