
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ikitərəfli tərəfdaşlıq gündəliyindəki məsələləri müzakirə edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, görüş zamanı regional məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.
A.Mirzoyan və M.Qrono avqustun 8-də ABŞ-də Azərbaycanla Ermənistan arasında əldə olunmuş Vaşinqton razılaşmalarının yaratdığı imkanlardan son dərəcə səmərəli istifadəyə yönəlmiş səyləri müzakirə ediblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.