
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsini müzakirə ediblər.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Onlar Cənubi Qafqazdakı vəziyyəti, Ermənistan-Aİ tərəfdaşlıq gündəliyinin geniş spektrli məsələlərini müzakirə ediblər. Ötən il əldə edilmiş uğurlar, yeni tərəfdaşlıq gündəliyinin hazırlanması üzrə müzakirələr prosesi və qarşıda duran proqramlar qeyd edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.