20-11-2025, 15:48 519

Nazir: Gələn il DSMF əhaliyə builikindən 8 milyard manatdan çox vəsait ödəyəcək

Gələn il Dövlət Sosial Müdafiə Fondu (DSMF) əhaliyə builikindən 8 milyard manatdan çox vəsait ödəyəcək.

AVESTA.AZ xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisdə "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazirin sözlərinə görə, Fondun 2026-cı il üzrə ümumi xərclərinin 8 milyard 483 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bunun da 96,6% və ya 8 milyard 196 milyon manatı əhaliyə ödənişlərin payına düşür.

A.Əliyev qeyd edib ki, bu göstərici 2024-cü illə müqayisədə 1 milyard 534 milyon manat, 2025-ci illə müqayisədə isə 788 milyon manat çoxdur:

"Bu məbləğin 7 milyard 993 milyon manatı əmək pensiyalarının, 203,6 milyon manatı isə sosial sığorta hesabına verilən müavinət xərclərinin payına düşür.

Gələn il əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% artımla nəzərdə tutulub. Bunun 81,2%-i və ya 635,6 milyon manatı indeksasiya xərclərinin, digər hissəsi isə yeni təyin olunan və yenidən hesablanan pensiyaların məbləğlərinin maliyyələşdiriməsi ilə bağlı xərclərin payına düşür".

Nazir həmçinin xatırladıb ki, proqnoz göstəricilərə əsasən 2026-cı il üzrə indeksasiyanın təqribən 9,2% səviyyəsində olması, orta pensiyanın məbləğinin isə yenə də 9,2% artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır:

"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların və əmək pensiyaçılarının sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə Fondun 2026-cı il büdcəsində 25 milyon manat vəsait nəzərdə tutulub".

Qeyd edək ki, DSMF-nin 2026-cı il üçün gəlirləri 8 milyard 323 milyon manat nəzərdə tutulur.

Paylaş

Xəbər lenti

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib Bu gün, 19:48 Şahin Bağırov Şirvanda vətəndaşları qəbul edib Bu gün, 19:48 Bakıda məşhur hospitalda əməliyyatdan sonra ölüm Bu gün, 19:48 Argentinaya investisiya yatıran əcnəbilərə vətəndaşlıq veriləcək Bu gün, 19:48 "Azəristiliktəchizat"dan istilik sistemi ilə bağlı VACİB XƏBƏR Bu gün, 19:48 Azərbaycanda ən gənc müəllimin neçə yaşı var? Bu gün, 19:48 Hafiz Paşayev "CAMCA Forum 2026" mükafatı ilə təltif edilib Bu gün, 18:48 Dünyanın ən böyük xizək mərkəzlərindən biri artıq Azərbaycanda! Bu gün, 18:48 Bu il neçə uşaq övladlığa və himayədar ailəyə verilib? - RƏSMİ Bu gün, 18:48 Azərbaycan Prezidenti: "Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" Bu gün, 18:48 Sosial şəbəkələrdə nalayiq ifadələr səsləndirən daha bir "tiktoker" həbs olunub Bu gün, 18:48 Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var? Bu gün, 17:48 Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq" Bu gün, 17:48 Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi Bu gün, 17:48 İlham Əliyev: "Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur" Bu gün, 17:48 İlham Əliyev: Azərbaycanın xarici borcu ÜMD-ə nisbətdə 5,6 % təşkil edir, bu dünyada ən aşağı göstəricilərdən biridir Bu gün, 17:48 Pol Aron: "Azərbaycanlı azarkeşlər çox səmimi və xüsusidir" Bu gün, 17:48 Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib Bu gün, 16:48 Misir Mərdanov "Şərəf" ordeni ilə təltif edilib Bu gün, 16:48 "Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək Bu gün, 16:48 Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - 700 mindən çox vətəndaş... Bu gün, 16:48 İlham Əliyev: Bizə kömək edən olmayıb, silahları da öz pulumuza almışıq Bu gün, 16:48 Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli yenilənəcək Bu gün, 16:48 YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib Bu gün, 16:48 Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib Bu gün, 16:48 Bakıda keçirilən "ADEX 2026" və "Securex Caspian" sərgiləri başa çatıb Bu gün, 16:48 Aqrar sahədə dövlətin vəzifələri müəyyənləşir Bu gün, 16:48 Rayonlarda şimşək çaxır, arabir yağış yağır - FAKTİKİ HAVA Bu gün, 16:48 2027-ci ildə qiymətlər necə tənzimlənəcək? - Komitə üzvündən AÇIQLAMA Bu gün, 15:48 Zəngilanda ilk dəfə "Qarabağa Qayıdış – İlk Texnika Festivalı" keçirilib Bu gün, 15:48 Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi Bu gün, 15:48 Sumqayıtda zəhərlənən 21 şagird xəstəxanadan evə buraxılıb Bu gün, 15:48 Binəqədi şosesində yol ikizolaqlı oldu Bu gün, 15:48 Nərimanovda tikintisi davam edən mənzillər üçün yeni satış şərtləri: hansı imkanlar var? – ƏTRAFLI Bu gün, 15:48 Pensiya və müavinət artımı ilə bağlı deputatdan paylaşım Bu gün, 14:48 Bakıda qarajdan meyit tapıldı Bu gün, 14:48 DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqları konfetlə zəhərləməsi iddiası təsdiqini tapmayıb Bu gün, 14:48 Komitə sədri: "Prezident qarşıda duran vəzifələri açıqladı" Bu gün, 14:48 Nazir kombayn sürdü Bu gün, 14:48 Sumqayıtda məktəbdə 21 şagird zəhərlənib - TƏFƏRRÜAT Bu gün, 14:48 Yardımlıda çayxanaya basqın: Sahibkar bıçaqlandı Bu gün, 14:48 Texnologiyada qadın gücü: Bir "Ctrl is hers" qalibləri üçün təlimlərə başlayıb Bu gün, 14:48 Nazirlik bu rayonlarda evlər tikdirəcək Bu gün, 14:48 Sabah Azərbaycanda güclü yağış yağacaq Bu gün, 13:48 Lalə Məmmədova: "Günahlara boyanalımmı?" Bu gün, 13:48 Bir ay ərzində özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 10 nəfər tutulub Bu gün, 13:48 Hacıqabul–Bəhrəmtəpə–Mincivan avtomobil yolu təmir etdirilir Bu gün, 13:48 Murad Ceylan tanınmaz hala düşdü Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR