
Bakıda noyabrın 21-22-də Ermənistanı təmsil edən beş ekspertin iştirakı ilə dəyirmi masa keçiriləcək.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata əsasən, ekspertlər İrəvan-Bakı marşrutu üzrə çarter reysi ilə Azərbaycana gələcəklər.
"Dəyirmi masada iştirak Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri arasında təmasları aktivləşdirəcək və etimadın qurulması üçün mexanizmlər yaradacaq", - məlumatda qeyd olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.