
Regional Su Meliorasiya Xidməti məlumatların idarə olunması və rəqəmsal analitika imkanlarının genişləndirilməsi üçün böyük həcmli satınalma müsabiqəsi elan edib.
AVESTA.AZ-in məlumtına görə, müsabiqə məlumat anbarı və gölünün yaradılması, eləcə də Hesabat və Proqnozlaşdırma Sistemlərinin qurulması xidmətlərini əhatə edir.
Layihənin ümumi dəyəri 665 815 manat təşkil edir.
Bu tender Regional Su Meliorasiya Xidmətinin məlumat idarəetməsində müasir standartlara keçidi baxımından mühüm addım kimi qiymətləndirilir və sektorun rəqəmsal inkişafına ciddi töhfə verəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.