24-11-2025, 15:48 236

Sürücülərin ən çox pozduğu qaydalar - CƏRİMƏLƏRİN MƏBLƏĞİ

Yol hərəkəti qaydalarını pozmaq təkcə qanuna zidd bir davranış deyil, həm də insanların həyatını birbaşa təhlükə altına qoyan ciddi məsuliyyətsizlikdir.

BAKU.WS-in məlumatına görə, hər gün minlərlə sürücü və piyada eyni yolları istifadə edir və bu qaydalar onların təhlükəsizliyini təmin etmək üçün mövcuddur.

Qaydalara əməl edilməməsi isə qəzaların artmasına, insanların xəsarət almasına, maddi zərərə və tıxacların yaranmasına səbəb olur. Bir anlıq diqqətsizlik və ya qaydalara məhəl qoymamaq həm sürücünün, həm də digər yol iştirakçılarının həyatına ciddi təsir göstərə bilər. Buna görə də qaydalara riayət etmək yalnız məcburiyyət deyil, həm də hər birimizin məsuliyyət daşıdığı sosial borcdur.

İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsində nəzərdə tutulan pozuntular və onların cəza tədbirləri də məhz islahedici funksiya daşıyır. Sürücülər üçün hazırlanmış bu siyahı həm cərimə məbləğlərini, həm də toplana biləcək bal sistemini özündə əks etdirir.

Ən çox rast gəlinən qayda pozuntularından biri də 327.1-ci maddə - yol nişanlarının, üfüqi xətlərin tələbinə əməl edilməməsidir. Bu hal üçün 40 manat cərimə nəzərdə tutulub. Bu maddəyə həmçinin piyada keçidindən düzgün istifadə etməmək, yükdaşıma qaydalarının pozulması, yolun çiyinində hərəkət etmək və nəqliyyat vasitəsindən əşya atmaq da daxildir.

Daha ciddi pozuntular siyahısında svetoforun qırmızı işığında hərəkətə davam etmək də var. 327.2-ci maddəyə uyğun olaraq bu qaydanı pozan sürücü 100 manat cərimə edilir və 3 cərimə balı alır. Eyni maddəyə "Giriş qadağandır" işarəsinin tələbinə əməl etməmək və əks istiqamətli hərəkət zolağına çıxmaq da daxildir.

Dəmiryol keçidlərinin şərtlərini pozmaq isə daha ağır qiymətləndirilir - 327.3-cü maddəyə əsasən, sürücü 100 manat cərimə və 4 balla cəzalandırılır.

Bununla yanaşı, birtərəfli yollar üzrə əks istiqamətdə hərəkət edənlər 327.4-cü maddəyə əsasən 150 manat cərimə və 4 bal alır. Avtomagistrallarda sürət tələblərinə əməl etməyən və yük maşınlarını icazəsiz zolağa keçirən sürücülər də 100 manat 4 balla cəzalandırılır.

327.6-cı maddə yol-nəqliyyat hadisəsi yerindən yayınılmasını nəzərdə tutur. Bu hal baş verərsə, sürücü 100 manat cərimə və 4 bal alır.

Qeyd edək ki, bir il ərzində 20 və daha çox bal toplayan sürücülərin hüququ 6 ay müddətinə məhdudlaşdırılır (327.7).

Ən ağır hallardan biri isə yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə yüngül bədən xəsarəti yetirilməsidir. 327.8-ci maddəyə görə belə sürücülərə 200 manat cərimə tətbiq olunur və ya onların nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək məhdudlaşdırıla bilər.

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

"Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda konfrans keçirilib Bu gün, 20:48 Bakıda məşhur restoranda biabırçı mənzərə: Fəaliyyəti dayandırıldı Bu gün, 20:48 Ayşən Mehdiyeva: "Buna baxanda ustadlarımdan utanıram" Bu gün, 20:48 Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub Bu gün, 20:48 ETX uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı sosial videoçarx hazırlayıb Bu gün, 19:48 Azercell-in eksklüziv tərəfdaşlığı ilə "Bakı Marafonu 2026" uğurla baş tutdu Bu gün, 19:48 Azərbaycanda bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək Bu gün, 19:48 Novxanıda 22 yaşlı gənc qətlə yetirildi - Şübhəli şəxs saxlanıldı Bu gün, 19:48 Bakıda yeni dairəvi yollar tıxaclara son qoyacaq? Bu gün, 19:48 Sürücülərin bal limiti artırıla bilər? Bu gün, 18:48 Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əməkdaşlıq genişlənir Bu gün, 18:48 DİN-dən atası və əmisindən şikayət edən 22 yaşlı Nərminlə bağlı AÇIQLAMA Bu gün, 18:48 Bakı-Quba-Rusiya sərhədi ödənişli yolu ilə bağlı AÇIQLAMA Bu gün, 18:48 İcra məmurlarının tələbi borclunun sərvətinə yönəltməsi haqda dəyişiklik təsdiqlənib Bu gün, 17:48 Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib Bu gün, 17:48 Atasını öldürməkdə təqsirləndirilən gəncə ittiham elan olunub Bu gün, 17:48 Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronun Ermənistandan quru sərhədini keçməsinə icazə vermədi Bu gün, 17:48 Alimlər piylənmə ilə mübarizə üçün yeni hədəf aşkar edib Bu gün, 17:48 Partlayış nəticəsində ölən həkim dəfn olundu: Mərasimdən GÖRÜNTÜLƏR Bu gün, 17:48 İqtisadiyyat Nazirliyinin əməkdaşlarına medallar təqdim edilib Bu gün, 17:48 Azərbaycanda vətəndaşlar maaş bankını sərbəst seçə biləcəklər Bu gün, 16:48 Hörmüzdə fransız gəmisinə hücum: yaralılar var Bu gün, 16:48 Azərbaycanda qaz yanacağı ilə işləyən qurğuların təhlükəsizliyinə dair yeni Texniki Reqlament təsdiq edilib Bu gün, 16:48 "Aston Villa" Ferran Torresin transferi üzərində işləyir Bu gün, 16:48 Vüsal Nəsirli generalın oğlunu İŞDƏN ÇIXARDI Bu gün, 16:48 "Araşdırın!" filmi 48 il sonra dövlət fondunun arxivinə daxil edildi Bu gün, 16:48 Psixoterapevt: "Həkim pasiyentə qarşı deyil, onun yanındadır" Bu gün, 16:48 Prezident Efiopiya ilə sazişi təsdiqlədi Bu gün, 16:48 İnzibati xəta törətmiş sürücülər haqqında qərarın surəti avtomobilin ön şüşəsinə qoyulmayacaq Bu gün, 16:48 Siyavuş Novruzov: Bakıda "Montin", "Vorovski", "Razin" kimi yer adları yoxdur Bu gün, 15:48 Paytaxtda yolun ortasında gəzən at sıxlığa səbəb oldu Bu gün, 15:48 Avropa Şahmat Birliyinin prezidenti "Baku Open 2026"nın təşkilatçılığını yüksək qiymətləndirib Bu gün, 15:48 "Gənclik" parkının yanında  prestijli yaşayış: "Highland Residence"də ipoteka ilə mənzillər-"Kristal" Bu gün, 15:48 Nanə Ağamalıyeva "Xatırla"nı təqdim etdi Bu gün, 15:48 AMB: Dollar əmanətlərinin sığortalanma faizinin dəyişməsində maraqlı deyilik Bu gün, 15:48 Bəzi yerlərə intensiv yağış, Şahdağa qar yağır Bu gün, 15:48 Azərbaycan Belqrad Enerji Forumunda təmsil olunacaq Bu gün, 15:48 Tədrisi digər dillərdə aparılan bölmələrdə 1-ci sinfə qəbul üzrə müsahibəyə qeydiyyat başlayıb Bu gün, 15:48 Bakıdakı uşaq bağçasında işəqəbul maxinasiyası: Şikayətçilər necə aldadıldıqlarını açıqladılar Bu gün, 15:48 Tehranda ticarət mərkəzində yanğın: 8 nəfər ölüb Bu gün, 15:48 Baş nazir bəzi həkimlərin maaşı ilə bağlı QƏRAR İMZALADI Bu gün, 15:48 Rubl ZƏİFLƏYİR - Ekspertlər xəbərdarlıq etdilər Bu gün, 14:48 Taleh Kazımov: "Card to card" dövriyyəsi inanılmaz dərəcədə böyükdür" Bu gün, 14:48 Qadağa elektron siqaret çəkənlərin sayını azaldıb? - VACİB AÇIQLAMA Bu gün, 14:48 Mingəçevirdə WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib Bu gün, 14:48 Qubanın üç kəndinin adının dəyişdirilməsi ilə bağlı qanun layihəsi hazırlanıb Bu gün, 14:48 Baytarlıq aptekində istifadə müddəti bitmiş preparatlar aşkarlandı, sahibkar cəzalandırıldı Bu gün, 14:48 Naxçıvanda daha bir həkim öldü Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR