
Qara dənizdə hücuma məruz qalan "Kairos" və "Virat" tankerləri ilə bağlı son durumla əlaqədar məlumat yayılıb.
AVESTA.AZ "Haber Global"a istinadən xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb.
Bildirilir ki, "Kairos" gəmisində baş verən yanğın artıq tam olaraq söndürülüb. "Virat" tankeri ilə bağlı isə proses davam edir – gəminin Türkiyə ərazisinə gətirilməsi istiqamətində işlər sürdürülür.
Qeyd edək ki, hər iki tanker Qara dəniz akvatoriyasında zərbə nəticəsində zədələnmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.