
Xaçmazda mopeddən yıxılan kişi ölüb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, hadisə rayonun Maqsudkənd kəndi ərazisində qeydə alınıb. 1977-ci il təvəllüdlü Həsrət Qüdrət oğlu Aşurov idarə etdiyi "Minsk" markalı mopeddən yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş H.Aşurov həkimlərin səyinə baxmayaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.