
Xaçmazda pəncərədən yıxılan iki yaşlı uşaq ölüb.
"AVESTA.AZ"un Şimal bürosunun məlumatına görə, rayonun Qoçaqqazma kənd sakini, ailəsinin himayəsində olan 2021-ci il təvəllüdlü Əzizağayev Z.H. fərdi yaşayış evinin 2-ci mərtəbəsinin pəncərəsindən yıxılıb.
Azyaşlı Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, həkimlərin səylərinə baxmayaraq, onu xilas edə bilməyiblər.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.