5-12-2025, 23:48 121

Ceyhun Bayramov Azərbaycan araşdırmaları üzrə dördüncü Avropa Konfransında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyana şəhərində keçirilən Azərbaycan tədqiqatları üzrə IV Avropa Konfransının yüksəksəviyyəli dialoqunda çıxış edib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, 2022-ci ildən etibarən hər il keçirilən konfrans bu il Avropanın 12 ölkəsindən aparıcı araşdırma və beyin mərkəzləri, universitetlərini təmsil edən tədqiqatçı, ekspert və ictimai rəy liderlərinin iştirakı ilə baş tutub.

Tədbirin yüksəksəviyyəli dialoqunun əsas natiqi qismində çıxış edən xarici işlər naziri konfransın müsbət ənənəyə çevrildiyini, tədbirin ölkəmizə, onun xarici siyasətinə və Cənubi Qafqazdakı roluna artan marağın göstəricisi olduğunu qeyd edib.

Nazir ötən dövr ərzində Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü mühüm diplomatik təşəbbüslər barədə məlumat verib, səylərin regional və beynəlxalq əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, avqustun 8-də baş tutmuş Vaşinqton sammiti və onun nəticələri, ölkəmizin COP29, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) kimi çoxtərəfli platformalara uğurlu sədrliyi haqqında məlumat verən nazir bu təşəbbüslərin Azərbaycanın regional liderlik statusunun göstəricisi olduğunu qeyd edib.

44 günlük Vətən müharibəsindən sonra məhz Azərbaycanın qalib tərəf kimi sülh təşəbbüsü ilə çıxış etməsinə diqqət çəkən C.Bayramov 30 ildən çox nəticəsiz fəaliyyət göstərən Minsk qrupu və əlaqədar strukturların ləğvinin ölkə başçısının uzaqgörən strategiyasının nəticəsi olduğunu qeyd edib və bunun regionda dayanıqlı sülh üçün əhəmiyyətli addım olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov ölkəmizin ABŞ, Çin, Rusiya, Avropa İttifaqı və qonşu ölkələrlə münasibətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Avropa İttifaqı ilə əməkdaşlığa toxunan nazir Azərbaycanın enerji, o cümlədən bərpaolunan enerji sahəsində Avropanın strateji və etibarlı tərəfdaşı olduğuna diqqət yönəldib. Eyni zamanda, ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının artan dinamikasını, bunun Orta dəhlizin inkişafı üçün əhəmiyyətini vurğulayan nazir bu baxımdan da Azərbaycanın Avropa üçün xüsusi əhəmiyyət kəsb edən tərəfdaş olduğunu qeyd edib.

Azərbaycanın beynəlxalq tərəfdaşları ilə müstəqil, bərabərhüquqlu və suveren maraqlardan irəli gələn əməkdaşlıq həyata keçirdiyini bildirən C.Bayramov ölkəmizin Avropa ilə əlaqələrinin də məhz bu müstəvidə inkişaf etdiyini diqqətə çatdırıb.

Xatırladaq ki, indiyə qədər Azərbaycan tədqiqatları üzrə Avropa konfranslarında iştirak etmiş 100-ə yaxın tədqiqatçını sıralarında birləşdirən ekspert şəbəkəsi Avropa akademik məkanında Azərbaycan üzrə araşdırmalar sahəsində mütəmadi fəaliyyət aparmaqdadır. Konfransın builki müzakirələri Cənubi Qafqazda sülh gündəliyi, postmünaqişə dövründə Azərbaycanın artan geosiyasi rolu, Orta dəhlizin qlobal iqtisadiyyatda rolu və Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin gələcək perspektivləri mövzuları ətrafında aparılıb.

Paylaş

Xəbər lenti

ABŞ-də gizlənən bloqer Vaqif Allahverdiyevin məhkəməsi başladı Bu gün, 12:48 Avropalı olmayanlar Luvr muzeyinə giriş üçün ikiqat pul ödəyəcək Bu gün, 12:48 Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb Bu gün, 12:48 Tramp İranla əməkdaşlıq edən ölkələrə 25% rüsum tətbiq edəcək Bu gün, 12:48 Kələm yükündən narkotik tapılıb Bu gün, 12:48 Alimlər insanların ən bədbəxt yaşının neçə olduğunu açıqladı Bu gün, 12:48 İlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib Bu gün, 12:48 Pensiya alanlara ŞAD XƏBƏR! Bu gün, 12:48 Uraldakı Azərbaycan diasporunun keçmiş liderinə qarşı milyonluq təzminat tələbi Bu gün, 12:48 Braziliya klubu "Qarabağ"ın almaq istədiyi futbolçuya üç milyon QİYMƏT QOYDU Bu gün, 12:48 Çəkiliş zamanı azərbaycanlı xanəndənin ayağı sınıb Bu gün, 12:48 Həkim 50 yaşdan sonra xərçəng riskini artıra bilən məhsulları açıqlayıb Bu gün, 12:48 Bakıda sulu qar yağacaq - PROQNOZ Bu gün, 12:48 Məşhur aktyor Oktay Kaynarca saxlanıldı Bu gün, 12:48 Moskvaya anomal səviyyədə qar yağıb Bu gün, 11:48 Azərbaycanda 100-dən çox məktəb bağlanacaq, şagirdlər distant təhsilə keçəcək - DETALLAR Bu gün, 11:48 Əyləci xarab olan maşın MARKETƏ GİRDİ Bu gün, 11:48 Bu rayonda zəlzələ oldu Bu gün, 11:48 İki bürc sevgi yaşayacaq, dördü pul qazanacaq, yeddisi isə... Bu gün, 11:48 Şahbuzda üç saat işıq olmayacaq Bu gün, 11:48 Bakıda narkotik alverçisinə qarşı əməliyyatın ANBAAN VİDEOSU Bu gün, 11:48 Can Yaman od PÜSKÜRDÜ - Türk mətbuatı mənə qarşı həmişə qərəzli olub Bu gün, 11:48 Aeroport yolunda TƏHLÜKƏ - Qəfl yola çıxan öküzü maşın VURDU Bu gün, 11:48 "Azeri Light" markalı Azərbaycan nefti bahalaşıb Bu gün, 10:48 ABŞ vətəndaşlarını təcili şəkildə İrandan çıxmağa çağırıb Bu gün, 10:48 "KİA" ilə "Prius" toqquşdu - Biri YANDI Bu gün, 10:48 N hərbi hissəsində taktiki təlim keçirilib Bu gün, 10:48 Türkiyəli müğənni xərçəngə qalib gəldi Bu gün, 10:48 Sürücülərə vacib XƏBƏRDARLIQ - Yollarda duman olacaq Bu gün, 10:48 Nazirlik qarla bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ Bu gün, 10:48 ABŞ-də Tramp administrasiyası dövründə 100 mindən çox viza ləğv edilib Bu gün, 10:48 Qızılın qiyməti UCUZLAŞDI - QİYMƏT Bu gün, 10:48 Virusa yoluxan 97 yaşlı aktyor süni tənəffüs aparatına qoşuldu Bu gün, 10:48 Moskvaya anormal səviyyədə qar yağıb Bu gün, 10:48 Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı sənədlərin təqdim olunması üçün son tarix açıqlanıb Bu gün, 10:48 Əməkdar artist birinci sinifə gedərkən çəkilən fotosunu paylaşdı Bu gün, 10:48 Zaur Mikayılov: "Dövlət Proqramında, sadəcə, şəbəkələrin və magistralların genişləndirilməsi deyil, su mənbələrinin artırılması nəzərdə tutulub" Bu gün, 09:48 Bakıda sakinlər həyətlərindəki mərasim evindən şikayət etdilər Bu gün, 09:48 Pezeşkian dəstək mitinqinə qatılan iranlılara təşəkkür edib Bu gün, 09:48 Göyçayda kamuflyaj olunaraq evdən quldurluq edən şəxsdən narkotik aşkarlanıb Bu gün, 09:48 Şəkidə 1 yaşlı körpə qəfil öldü Bu gün, 09:48 Maştağada qəsəbədaxili yol niyə təmir olunmur? Bu gün, 08:48 İcra başçısının nümayəndəliyi möhürü itirdi Bu gün, 08:48 Agentlik sədri: "İçməli suya olan əlçatanlıq Azərbaycanda 73,4 faiz, Avropa İttifaqında isə 95 faizdir" Bu gün, 08:48 Azərbaycanın qadınlardan ibarət milli komandasının problemi nədədir? Bu gün, 08:48 Şahin Mustafayev "Yengicə" və "Əlicançay" layihələrindən danışdı Bu gün, 00:48 Qərbi Azərbaycan Xronikası: Qaraqaya camaatı tarixi Vətənə qayıtmağa hazırdır Bu gün, 00:48 Prezidentin fikirləri dünya mediasının diqqət mərkəzində Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR