
Məşhur şoumen Mehmet Ali Erbil həyat yoldaşı Gülseren Ceylandan boşanır.
AVESTA.AZ xəbər verir ki, Erbil Gülserendən ayrılmaq üçün vəkili Şeyda Yıldırıma müraciət edib.
Şoumenin evliliyinin bir ili hələ tamam olmadığından tərəflər arasında mal bölgüsü tələbi olmayacaq.
Məşhur cütlüyün ayrılığına səbəb aralarındakı yaş fərqindən dolayı tez-tez yaşadıqları fikir ayrılıqlarıdır.
Qeyd edək ki, Mehmet Ali Erbilin həyat yoldaşı Gülseren Ceylan ondan 42 yaş kiçikdir.
Onlar 3.5 ay əvvəl ailə qurublar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.