
Goranboy rayonunda Gəncə şəhərinə doğru hərəkətdə olan sərnişin avtobusu ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub, xəsarət alanlar var.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, zərbənin gücündən minik avtomobili aşıb. Qəza nəticəsində, 1983-cü il təvəllüdlü Ceyhun Rəhimov və 1985-ci il təvəllüdlü Vüsal Əliyev xəsarət alıblar. Yaralılar xəstəxanaya aparılıb, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.