16-12-2025, 11:48 261

İlham Əliyev Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciət ünvanlayıb.

BAKU.WS xəbər verir ki, dövlət başçısının müraciəti Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov tərəfindən səsləndirilib.

Müraciətdə deyilir:

"Hörmətli Qurultay iştirakçıları!

Sizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayında salamlayıram.

Azərbaycan həmkarlar ittifaqları çoxşaxəli fəaliyyəti, əmək münasibətlərinin inkişafında rolu və vətəndaş cəmiyyətinin möhkəmlənməsinə verdiyi töhfələrlə respublikanın ictimai və sosial həyatında önəmli yer tutur.

Ölkəmizdə işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması, layiqli iş şəraitinin yaradılması, sosial tərəfdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli addımlar atılır. Müasir dövrün çağırışlarına çevik uyğunlaşmaq, həmkarlar ittifaqları üzvləri ilə sıx əlaqələr qurmaq, xidmətləri rəqəmsallaşdırmaq, müvafiq sahələrdə süni intellektin tətbiqi imkanlarını genişləndirmək, xidmət keyfiyyətini və məmnunluq səviyyəsini yüksəltmək xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq əmək standartlarına uyğun fəaliyyət, dünya həmkarlar hərəkatı ilə əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsi həmkarlar ittifaqlarının nüfuzunun daha da artırılmasına xidmət edir. Güclü və sağlam vətəndaş cəmiyyətinin inkişafında, həmrəyliyin möhkəmlənməsində həmkarlar ittifaqları mühüm işlər görür.

Respublikamızın dinamik sosial-iqtisadi inkişafı, "yaşıl iqtisadiyyat"a ədalətli keçid, süni intellektin əmək bazarına təsiri həmkarlar ittifaqlarının qarşısında məsuliyyətli və strateji vəzifələr qoyur, onları daha fəal olmağa sövq edir. İşçilərlə işəgötürənlər arasında sosial dialoqun əsas tərəfdaşı və əmək dəyərlərinin qoruyucusu kimi çıxış edən həmkarlar ittifaqları peşə birliklərinin möhkəmləndirilməsi, işçilərin maarifləndirilməsi, əmək hüquqları sahəsində onların bilik və bacarıqlarının artırılması prosesində yaxından iştirak etməlidir. Bütün bunlar əmək münasibətlərinin düzgün tənzimlənməsinə, sosial ədalətin və qarşılıqlı məsuliyyətin təmin olunmasına xidmət edir.

Azərbaycan dövləti həmkarlar ittifaqlarının müstəqil və sərbəst fəaliyyət hüququnu qanunvericilik çərçivəsində tam təmin edir və bu sahədə onların azad fəaliyyəti üçün geniş imkanlar yaradıbdır.

Sahə həmkarlar ittifaqlarının sosial tərəfdaşlarla səmərəli əməkdaşlığın dərinləşdirilməsinə və qarşılıqlı etimad mühitinin formalaşdırılmasına, kollektiv məsuliyyətin artırılmasına xüsusi diqqət yetirilməlidir.

Hörmətli Qurultay iştirakçıları!

Əminəm ki, Azərbaycan həmkarlar ittifaqları bundan sonra da üzvlərinin hüquq və maraqlarını əzmlə müdafiə edəcək, əmək münasibətlərinin müasir və sivil əsaslarla tənzimlənməsinə, bütünlükdə ölkəmizin sosial-iqtisadi inkişafına töhfələr verəcəkdir.

Hesab edirəm ki, bu Qurultay həmkarlar hərəkatının yeni çağırışlara uyğun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və təkmil fəaliyyət strategiyasının formalaşması baxımından böyük önəm daşıyacaqdır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının işinə uğurlar arzulayıram".

Paylaş

Xəbər lenti

Gözləri görməyən qadına niyə əlillik verilmir? Bu gün, 19:48 Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil" Bu gün, 19:48 AKP sözçüsü: "Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında həqiqi qardaşlıq münasibətləri var" Bu gün, 19:48 Paşinyan: "Azərbaycanlı hərbçi cəzasının bir hissəsini Ermənistanda çəkəcək" Bu gün, 19:48 Valideynlərin nəzərinə: Uşaq oyuncaqları ilə bağlı yeni və sərt tələblər təsdiqləndi Bu gün, 19:48 Bakıda 3 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğın: "Loft Klinika"nın direktoru məhkəmədə ifadə verdi Bu gün, 19:48 Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür Bu gün, 19:48 Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı Bu gün, 18:48 Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib Bu gün, 18:48 Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edilib Bu gün, 18:48 Ukraynalı uşaqların Azərbaycanın tarixi və görməli yerlərinə ekskursiyası təşkil edilib Bu gün, 18:48 Gündə minimum addım sayı təyin edildi Bu gün, 17:48 Türkiyəli məşqçi Azərbaycandan deportasiya olundu, klub məsələyə aydınlıq gətirdi Bu gün, 17:48 Ceyhun Bayramov MDB XİN Şurasının iclasında çıxış edib Bu gün, 17:48 U-23 dünya çempionatında Azərbaycanın 23 güləşçisi mübarizə aparacaq Bu gün, 17:48 Sabah bu 5 kənddə qaz olmayacaq Bu gün, 17:48 Vətən müharibəsi qazisi: "Döyüşün taleyini həll edən silah deyil" Bu gün, 16:48 Sibiqa Ukraynaya göndərilən humanitar yardıma görə Azərbaycana təşəkkür edib Bu gün, 16:48 Astanada süni intellekt dövründə həmkarlar ittifaqlarının roluna dair beynəlxalq forum keçirilib Bu gün, 16:48 Ermənistan tərəfi Azərbaycan hərbçisini Bakıya qaytaracaqmı? Bu gün, 16:48 Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır" Bu gün, 16:48 Azərbaycan universitetlərinin reytinqdə geri qalmasının səbəbləri müzakirə edildi Bu gün, 16:48 Qaradağda qəzada ölənlərin sayı 4-ə çatıb Bu gün, 16:48 Məhəmməd Bədəlbəyli: "AFFA-dan verilən töhmətlə razılaşdım, çox sərt qərar deyil" Bu gün, 16:48 Mükafat və maaş əlavələri ilə bağlı Prezidentdən mühüm FƏRMAN Bu gün, 16:48 Çexiyanın nəqliyyat naziri Azərbaycana səfər edəcək Bu gün, 16:48 Dünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb Bu gün, 15:48 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib Bu gün, 15:48 Bakıda 10 minə maral başı satılır Bu gün, 15:48 Alimlərdən maraqlı araşdırma: Ayrılıq qadınlara, yoxsa kişilərə daha pis təsir edir? Bu gün, 15:48 Aqşin Fatehə ağır itki üz verdi Bu gün, 15:48 Bakı-Qazax avtomobil yolunda ağır qəza - 3 nəfər ölüb Bu gün, 15:48 Muxtar Babayev: Azərbaycan kiçik ada dövlətlərinin iqlim müzakirələrində iştirakının genişləndirilməsini dəstəkləyib Bu gün, 15:48 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olunan bağçanın direktoru işdən çıxarılıb Bu gün, 15:48 Cümə günü ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - 12 saat davam edəcək... Bu gün, 15:48 İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib Bu gün, 15:48 Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib Bu gün, 14:48 Bu şəxslərin pensiyası daha çox artacaq Bu gün, 14:48 Rəşad Nəbiyev dünya çempionatında bürünc medal qazanan Rəşid Məmmədəliyevi təbrik edib Bu gün, 14:48 Dünya çempionatı: Zelim Tçkayev də 1/4 finala çıxdı Bu gün, 14:48 Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə əldə edib Bu gün, 14:48 Naxçıvanlı sabiq deputat vəzifəsindən azad edildi Bu gün, 14:48 Siyavuş Novruzov: "Niyə fermer öz ərazisində tikinti aparmaq üçün yeddi nazirlikdən icazə almalıdır?" Bu gün, 14:48 "İmişli"də maaşlar verilmir - AFFA klubda yoxlamalar aparır Bu gün, 14:48 Azərbaycan millisi FIFA reytinqində bir pillə geriləyib Bu gün, 14:48 Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir Bu gün, 14:48 "Qarabağ"ın hücumçusu "Olimpiakos"a keçə bilər Bu gün, 13:48 Mehriban Rəhimliyə hökm oxundu Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR