
İqtisadiyyat naziri Mikayıl Cabbarov omanlı həmkarı Səid bin Məhəmməd bin Əhməd Al Saqri ilə görüşüb.
AVESTA.AZ xəbər verir ki, nazir bu barədə "X" hesabında paylaşım edib.
O qeyd edib ki, Oman Sultanlığının iqtisadiyyat naziri Səid bin Məhəmməd bin Əhməd Al Saqri ilə görüş zamanı iqtisadi əlaqələrin möhkəmləndirilməsi imkanları nəzərdən keçirilib.
"Birgə fəaliyyətin təşviqi istiqamətində hüquq-müqavilə bazasının gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq, Azərbaycan-Oman Birgə Biznes Şurasının yaradılması, ticarət, bərpaolunan və ənənəvi enerji, investisiya, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini dəyərləndirdik", - deyə paylaşımda qeyd olunub.
Oman Sultanlığının iqtisadiyyat naziri Səid bin Məhəmməd bin Əhməd Al Saqri (@SaidAlsaqri) ilə görüş zamanı #iqtisadi əlaqələrin möhkəmləndirilməsi imkanlarını nəzərdən keçirdik.
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 18, 2025
Birgə fəaliyyətin təşviqi istiqamətində hüquq-müqavilə bazasının gücləndirilməsinin əhəmiyyətini… pic.twitter.com/PI90OwjBV2
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.