
Son 12 ayda Azərbaycan və Böyük Britaniya arasında ticarətin həcmi 888 milyon funt-sterlinq təşkil edib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Britaniya Parlamentinin Aşağı Palatasının üzvü və Britaniya-Azərbaycan dostluq üzrə parlamentlərarası qrupun rəhbəri Bob Blakmen bildirib.
O qeyd edib ki, iki ölkə arasında ticarətin həcminin daha da artırılması nəzərdə tutulub:
"Mən şadam ki, Azərbaycan üzrə bütün partiyaları əhatə edən parlament qrupununda islahat aparmışıq və ticarətimizin artırılmasını planlaşdırırıq. Hansı ki, son 12 ay ərzində 888 milyon funt sterlinq təşkil edib".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.