
İngiltərə millisinin futbolçu Rahim Sterlinq DÇ-2022-nin 1/8 final mərhələsində Seneqala qarşı oyunu buraxacaq.
“Report” xəbər verir ki, İngiltərə yığması 27 yaşlı yarımmüdafiəçinin ailə vəziyyətinə görə meydana çıxa bilməyəcəyini bildirib.
R. Sterlinq 2022-ci il dünya çempionatında ilk iki matçda meydana çıxıb. O, qrup mərhələsinin 3-cü turunun Uelslə matçını (3:0) ehtiyat oyunçular skamyasında keçirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.