29-12-2025, 11:48 217

KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış KOBİA-nın yaranmasından səkkiz il ötür

Mikro, kiçik və orta biznesə (KOB) ünvanlı dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış qurumun - Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyətə başlamasından səkkiz il ötür.

BAKU.WS xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmış agentlik dövlət başçısının rəhbərliyi ilə sahibkarlığın, xüsusilə KOB sektorunun inkişafına göstərilən ardıcıl və sistemli dövlət dəstəyinin mühüm göstəricilərindən olmaqla ötən səkkiz ildə KOB sektorunun inkişafında institusional dayağa çevrilib.

Ötən səkkiz ildə KOB-lara göstərilən dəstək və xidmətlərin daha əlçatan olması məqsədilə Bakı şəhərini və ölkə regionlarını əhatə edən geniş infrastruktur şəbəkəsi formalaşdırılıb. Hazırda sahibkarlara vahid məkanda "G2B" və "B2B" xidmətlərin göstərildiyi KOB evləri Bakı, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərir. Ötən dövrdə KOB evlərində sahibkarlara dövlət və özəl qurumlar tərəfindən 1.4 milyondan çox xidmət göstərilib. "Gəncə KOB evi"nin təşkili üzrə işlər tamamlanıb və yaxın vaxtlarda sahibkarların istifadəsinə veriləcək.

Sahibkarların biznes sahəsində bilik və bacarıqlarının artırılmasına olan ehtiyacı nəzərə alınaraq ötən dövrdə bu istiqamət KOBİA-nın fəaliyyətində prioritet olub. Agentliyin KOB inkişaf mərkəzlərində indiyədək sahibkarlara ödənişsiz olaraq 10 000-ə qədər məsləhət xidməti göstərilib, 64 800 sahibkara 5 200 təlim keçirilib. Ənənəvi təlim mexanizmləri innovativ və rəqəmsal həllərlə tamamlanaraq sahibkarlara daha çevik və rahat imkanlar yaradılıb. Azərbaycan Texniki Universitetində yaradılmış KOB Model Müəssisə praktik təlimləri ilə sahibkarlara səmərəli və qənaətli idarəetmə üsullarını öyrətməklə biznesin bilik və bacarıqlarını təkmilləşdirib. 180 təlim videosu, təlim materialları və özünüqiymətləndirmə testlərinin olduğu videotəlim platformasından ötən müddətdə 2 200-dən artıq sahibkar faydalanıb.

Ölkənin 47 şəhər və rayonunda, o cümlədən işğaldan azad edilmiş Laçın, Zəngilan, Kəlbəcər və Füzulidə sahibkarlara yerində xidmət edən 48 KOB dostu fəaliyyət göstərir. KOB dostu şəbəkəsi sahibkarların dövlət və özəl qurumlarla effektiv əlaqələndirilməsinə, qarşılaşdıqları çətinliklərin operativ həllinə töhfə verərək zamanla onların ən etibarlı tərəfdaşına çevrilib.

KOB subyektlərinin ehtiyaclarının və çətinliklərinin öyrənilməsi və aidiyyəti üzrə çatdırılması üçün KOBİA tərəfindən bir sıra effektiv kommunikasiya kanalları yaradılıb. 22 500-dən çox sahibkarın iştirakı ilə Bakı və regionlarda 700-dək sahəvi görüş keçirilib. KOBİA yanında İctimai Şura çərçivəsində 50-yə yaxın ictimai müzakirə təşkil edilib. Bu görüşlərdə sahibkarların çətinlikləri öyrənilib, dövlət qurumları ilə birgə müzakirə edilib və həllinə dəstək göstərilib, onlar maarifləndirilib. 20 000-dək sahibkarın iştirakı ilə sorğular keçirilib.

KOB-ların maraqlarının müdafiəsi KOBİA-nın fəaliyyətinin mühüm istiqamətidir və ötən səkkiz ildə bu sahədə xeyli sayda sahibkarın hüquqları bərpa edilib. KOBİA "Keyfiyyətin idarə edilməsi, Müştəri məmnuniyyəti, Təşkilatlarda şikayətlərə baxılması üzrə təlimatlar" üzrə beynəlxalq ISO sertifikatı əldə edib.

Ötən səkkiz ildə KOB-lara ünvanlanmış bir sıra yeni dəstək mexanizmləri yaradılıb. İndiyədək 240-dək KOB subyektinə innovativ fəaliyyət üzrə onları mənfəət və gəlir vergisindən üç il müddətinə azad edən "Startap" şəhadətnaməsi verilib. KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə 129 layihəsinə 2.2 milyon manat qrant ayrılıb. KOB subyektləri üçün 70 daxili bazar araşdırması aparılıb. 140-dək KOB subyektinin istehsal etdiyi məhsulların iri ticarət şəbəkələrində satışına dəstək göstərilib. 2000-dək KOB subyektinin yerli və beynəlxalq sərgidə iştirakı təmin edilib ki, bu platformalarda sahibkarlar öz məhsullarını tanıda bilib, satış və ixrac imkanlarını artırıblar. Quba və Sumqayıtda olmaqla iki KOB klaster şirkəti yaradılıb və onlara vergi və gömrük güzəştlərini nəzərdə tutan "KOB klaster şəhadətnaməsi" verilib.

KOB sektorunun rəqəmsallaşması sahəsində də mühüm addımlar atılıb. Biznesin inkişafının bütün mərhələlərində sahibkarlara genişçeşidli elektron xidmətlər təmin edən e-KOB evi portalı beta versiyada istifadəyə verilib. Yeni ildən portal tam fəaliyyət göstərəcək.

Agentlik tərəfdaş qurumlar və özəl sektor ilə birgə ötən səkkiz ildə KOB-lar üçün bir sıra sosial layihə və proqramlar həyata keçirib. "Qarabağ KOB-ları" layihəsi çərçivəsində 220 qazi və şəhid ailəsinin üzvünün biznesə başlamasına dəstək verilib. "Gənclərin biznes emalatxanası" layihəsi üzrə 65 gəncin biznesə başlamasına dəstək göstərilib. "Uğurla tərəfdaşlıqda qadın sahibkarlar" layihəsi çərçivəsində 70 qadın sahibkara dəstək göstərilib. "Bizdən biznesə" startap layihəsi üzrə startap ideyaların reallaşdırılmasına mentorluq və maliyyə dəstəyi təmin olunub. "İnvestisiya səyahəti" layihəsi çərçivəsində regionlarda fəaliyyət göstərən yüzlərlə biznes subyekti qiymətli kağızlar bazarı barədə məlumatlandırılıb. Masallı və Sumqayıtda yaradılmış Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzləri tərəfindən 250 sosial həssas şəxs üçün peşə təlimi keçirilib və işlə təminata dəstək verilib. "KOB könüllüləri proqramı"nda 850 gənc könüllü olub.

Sahibkarların uğurlarının cəmiyyətə daha geniş tanıdılması, biznes düşüncə tərzinin təşviqi və dövlət-özəl sektor arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə 2022-ci ildən etibarən biznes subyektlərinə KOBİA-nın təsis etdiyi "Dayaq" mükafatı təqdim edilir.

KOB-lara dəstək, yerli və xarici sahibkarlar arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin icrası, təcrübə mübadiləsi və s. kimi istiqamətləri əhatə edən 34 ölkənin müvafiq qurumları və 27 yerli və beynəlxalq təşkilatlar ilə 122 Anlaşma Memorandumu və sənədlər imzalanıb. Qətər, Səudiyyə Ərəbistanı, Ukrayna, İraq, Vyetnam, Birləşmiş Ərəb Əmirlikləri ilə altı birgə biznes şurası yaradılıb. KOBİA-nın təşkilatçılığı və iştirakı ilə indiyədək 15-dən artıq beynəlxalq tədbir keçirilib. COP29 çərçivəsində KOBİA-nın irəli sürdüyü "KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Bəyannaməsi"nə artıq 30-a yaxın yerli və beynəlxalq tərəfdaş qoşulub.

Bu ardıcıl və sistemli fəaliyyət nəticəsində 2018-24-cü illərdə KOB-ların sayı 74%-ə yaxın artaraq 424 000-ni ötüb. Hazırda ölkə üzrə qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin 99.7%-ni KOB subyektləri təşkil edir. 2018-24-cü illərdə KOB-ların yaratdığı əlavə dəyərin həcmi iki dəfədən çox artaraq 9.8 milyard manatdan 21.1 milyard manata çatıb. KOB-ların əlavə dəyərdə payı 13.4%-dən 18.5%-ə yüksəlib. KOB subyektləri üzrə işçilərin sayı 47.6% artaraq 417 800 nəfəri keçib. KOB-ların dövriyyəsi 2019-24-cü illərdə 54.5% artaraq 48 milyard manat olub ki, bu da ölkə üzrə qeyri-neft dövriyyəsinin 37.4%-ni təşkil edir.

Ötən səkkiz ildə dövlətin KOB-lara göstərdiyi sistemli dəstək və əldə olunan nəticələr KOBİA-nın fəaliyyətinin beynəlxalq səviyyədə də yüksək qiymətləndirilməsinə səbəb olub. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzinin keçirdiyi müsabiqədə Azərbaycanın KOB evi modeli innovativ təcrübə kimi seçilib və tətbiqi tövsiyə olunub. "KOB siyasəti indeksi - 2024" üzrə hesabatın yekunlarına əsasən, ölkəmizin mövqeyi 2020-ci il üzrə qiymətləndirmə hesabatının nəticələri ilə müqayisədə 12 indikatordan doqquzu üzrə irəliləyib. Kiçik Biznes üzrə Beynəlxalq Şura (ICSB) tərəfindən 2023-cü ildə KOBİA-ya KOB sektorunun dəstəklənməsində nümunəvi fəaliyyətə görə tanınma sertifikatı təqdim edilib. Avropa İttifaqının "Azərbaycanda biznes mühiti - 2024" hesabatında Avropa şirkətlərinin dövlət qurumlarının fəaliyyətinin qiymətləndirilməsi sorğusuna əsasən, KOBİA mütləq lider olub.

Qarşıdakı illərdə KOB-lara göstərilən dəstək və xidmətlərin təkmilləşdirilməsi, effektivliyinin artırılması və sahibkarlar üçün daha əlçatan olması, biznesin ehtiyacına uyğun yeni dəstək mexanizmlərinin tətbiqi, KOB-ların rəqəmsallaşdırılması və yaşıl keçidinə dəstək, dayanıqlı biznes modellərin təşviqi KOBİA-nın fəaliyyətinin prioritetləri sırasında olacaq.

Paylaş

Xəbər lenti

Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR