
Sumqayıtda 24 yaşlı oğlan dəm qazından boğularaq ölüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Ceyranbatan bağları ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Məmişov Musa Nazim oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.