
"İran ABŞ və İsrailin mümkün hücumuna cavab verməyə hazırdır, lakin eyni zamanda hücumu az ehtimal olunan hesab edir".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçı deyib.
"Biz ABŞ və İsrailin yeni hücumunu istisna edirik. Təkrar hücum baş verərsə, onlara yeni məğlubiyyət yaşadılacaq", - deyə o bildirib.
Xatırladaq ki, 2025-ci il iyunun 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. ABŞ iyunun 22-də münaqişəyə daxil olaraq İranın İsfahan, Nətənz və Fordodakı nüvə obyektlərinə zərbələr endirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.