
Londonda İran İslam Respublikasının səfirliyinin binasında etiraz aksiyası zamanı naməlum şəxs diplomatik nümayəndəliyin eyvanına çıxaraq ölkənin bayrağını digər bayraqla əvəzləyib.
AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə yerində polis əməkdaşları var.
Asayişin pozulmasının qarşısını almaq məqsədilə əlavə polis qüvvələri də əraziyə cəlb olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.