14-01-2026, 16:48 192

Alimlərin hazırladığı sistem neft hasilatında xərcləri azaldacaq

Alimlər tərəfindən hazırlanmış yeni sistem neft quyularının idarə olunmasını daha dəqiq və ucuz etməyə imkan verəcək. Yeni texnologiya enerji sərfiyyatını dörd əsas parametr üzrə proqnozlaşdırır və yatağın enerji sisteminə düşən yükü azaltmağa kömək edir.

Neft hasilatında elektrik enerjisi ən bahalı xərclərdən biri hesab olunur. Ümumi maya dəyərinin 50 faizə qədərini təşkil edə bilən enerji xərclərinin mühüm hissəsi səmərəsiz şəkildə sərf olunur. Buna səbəb quyudakı şəraitin daim dəyişməsi, nasosların isə real lay vəziyyətinə uyğunlaşmadan əvvəlcədən müəyyən edilmiş rejimdə işləməsidir.

Rusiyanın Perm Politexnik Universitetinin alimləri hasilat həcmini azaltmadan enerji istehlakını aşağı salmağa imkan verən rəqəmsal idarəetmə sistemi təklif ediblər.

AVESTA.AZ xəbər verir ki, tədqiqatın nəticələri "Elektrotexnika" jurnalında dərc olunub.

Neft hasilatında əsas enerji xərcləri mayenin səthə qaldırılması, xammalın daşınması və lay təzyiqinin saxlanılması ilə bağlıdır. Bu proseslər yatağın ümumi enerji istehlakının yarıdan çoxunu təşkil edir. Eyni zamanda, qeyri-optimal nasos rejimləri, borulardakı yüksək müqavimət və köhnəlmiş idarəetmə üsulları səbəbindən elektrik enerjisinin 20-25 faizi səmərəsiz şəkildə sərf olunur.

Yeni metod enerji baxımından daha səmərəli rejimlərin müəyyən edilməsinə və istismar xərclərinin azaldılmasına imkan verir. Alimlər hər bir quyu üçün əsas element hesab olunan elektrik ötürücülü mərkəzdənqaçma nasosunun işini əsas götürüblər. Bu nasosun enerji sərfiyyatı debiti, mayenin səviyyəsi və sıxlığı, təzyiq və qidalanma tezliyi kimi bir neçə parametrdən asılıdır və bu göstəricilər demək olar ki, fasiləsiz dəyişir.

Mövcud idarəetmə sistemləri adətən orta göstəricilərə əsaslanır və bu dinamikanı nəzərə almır. Daha mürəkkəb həllər isə çoxsaylı sensorların quraşdırılmasını tələb edir ki, bu da tətbiq və istismar xərclərini xeyli artırır.

Perm Politexnikinin alimləri əvvəlcə quyu və nasos üçün real hidrodinamik prosesləri nəzərə alan riyazi model hazırlayıblar. Model fəaliyyət göstərən yatağın məlumatları əsasında yoxlanılıb və sənaye elektrik sayğaclarının göstəriciləri ilə 97,2 faiz dəqiqliklə üst-üstə düşüb. Bu, minlərlə iş rejimini modelləşdirməyə və həmin məlumatlar əsasında neyroşəbəkəni öyrətməyə imkan verib.

Neyroşəbəkə seçilmiş rejimin hasilata və enerji sərfiyyatına necə təsir edəcəyini sürətlə proqnozlaşdırmağı öyrənib. Hesablama üçün cəmi dörd parametr kifayət edir. Alqoritm proqnozu riyazi model ilə müqayisə edərək dəqiqləşdirir.

Bu əsasda mövcud nasos idarəetmə sistemlərinə inteqrasiya oluna bilən iki rəqəmsal tənzimləyici hazırlanıb. Onlardan biri fasiləsiz hasilatı, digəri isə dövri hasilatı optimallaşdırır və sutkalıq hasilat planının minimum enerji sərfiyyatı ilə yerinə yetirilməsini hesablayır.

Quyunun rəqəmsal surətində aparılan sınaqlar göstərib ki, orta və ağır şəraitdə dövri tənzimləyici ənənəvi rejimlə müqayisədə enerji sərfiyyatını orta hesabla 5,5 kVt, bir quyu üzrə isə 1,7 kVt azaldır. Yataq miqyasında bu, elektrik enerjisinə 10–12 faiz qənaət etməyə və enerji sisteminə düşən yükü azaltmağa imkan verir.

Növbəti mərhələdə alimlər təkcə ayrı-ayrı quyuların deyil, bütöv quyu qruplarının idarə olunmasına keçməyi və sistemi sənaye miqyasında tətbiq etməyi planlaşdırırlar.

Paylaş

Xəbər lenti

Astarada iki avtomobil toqquşub, xəsarət alan var Bu gün, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Bu gün, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Bu gün, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Bu gün, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR