
"İrana səfər edən və hazırda orada olan vətəndaşlarımızla bağlı mütəmadi şəkildə həm İrandakı səfirliyimiz, həm də Təbrizdəki Baş Konsolluğumuz fəaliyyətdədirlər".
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov Bakıdakı Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu müddət ərzində fəaliyyət 1 saat da olsa, dayanmayıb:
"Orada olan vətəndaşlarımız çətinliklə üzləşəndə müvafiq nömrələrlə əlaqə saxlaya bilərlər. Biz burada hər hansı bir ciddi problem görmürük".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.