
Peru Prezidenti Dina Boluarte vəzifəsinin icrasına başladıqdan sonra Nazirlər Şurasının (hökumət) yeni tərkibini təsdiqləyib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə RPP radiostansiyası məlumat yayıb.
Hökumətə anti-korrupsiya üzrə keçmiş prokuror Pedro Anqulo Arana başçılıq edəcək. Xarici işlər nazirinin keçmiş müavini, əvvəllər Kanada və ABŞ-da baş konsul vəzifəsində çalışmış Ana Sesiliya Qervasi isə xarici işlər naziri təyin olunub. Perunun yeni müdafiə naziri Alberto Atarola təyin edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.