23-01-2026, 13:48 95

Digital Move: 2351 metr yüksəklikdə elektron musiqi, dağ və rəqəmsal mədəniyyət

17 yanvar 2026-cı il tarixində Şahdağın zirvəsində Digital Move festivalı uğurla baş tutdu. Bu, Solong tərəfindən keçirilən üçüncü qış elektron musiqi festivalı idi və qısa müddət ərzində regionun ən diqqətçəkən musiqi hadisələrindən biri kimi formalaşmış mövqeyini yenidən təsdiqlədi.

Festival Digital Residence layihəsinin baş tərəfdaşlığı ilə reallaşdı və elektron musiqi, texnologiya, eyni zaman unikal təbii landşaftın vahid mədəni platformada necə birləşə biləcəyini nümayiş etdirdi.

İki format - bir hərəkət

Digital Move konsepti iki musiqi formatı - Light SideDark Side üzərində qurulmuşdu. Hər iki format elektron musiqi səhnəsinin fərqli tərəflərini təqdim edirdi.

Günün Light Side hissəsi 2351 metr yüksəklikdə keçirildi və festivalın əsas məqamlarından birinə çevrildi. Dağda - açıq hava məkanında beynəlxalq elektron musiqi auditoriyasına yaxşı tanış olan Eli Nissan çıxış etdi. Onun seti, eləcə də BoraGareden-in performansları gündüz saatlarında enerjili ritm yaradaraq Şahdağın atmosferi ilə üzvi şəkildə uyğunlaşdı.

Axşam saatlarında festival Dark Side formatında davam etdi və daha dərin, intensiv səslənmə təqdim olundu. Gecə proqramında Tal Fussman, EstgaminReef (B2B Hazi Karim) çıxış edərək tədbirin musiqi hissəsini güclü klub dinamikası ilə tamamladılar.

Digital Residence: musiqinin sərhədlərini aşan rəqəmsal fəlsəfə

Digital Residence - Smart Living konsepsiyası, IT ekosistemi, SPA & Wellness infrastrukturu və intellektual rəqəmsal həlləri vahid məkanda birləşdirən yeni nəsil müasir layihədir.

Layihə yaşamaq, işləmək və sağlamlıq üçün rahat mühit yaratmağa yönəlib. Digital Residence-dəki mənzillərin 100%-i tam avtomatlaşdırılıb və Smart-idarəetməyə hazırdır. Bura iqlim, işıqlandırma və təhlükəsizlik sistemlərinin mərkəzləşdirilmiş nəzarəti daxildir. Konsepsiyanın əsasını süni intellekt əsaslı həllər, açarsız giriş və məkanın vahid rəqəmsal platforma üzərindən idarə olunması təşkil edir.

Layihənin infrastrukturuna SPA & Wellness zonaları, panoramik zallar, qapalı hovuz (indoor pool), balansın bərpası üçün nəzərdə tutulmuş məkanlar, eləcə də texnologiya, təhsil və biznes sahələrində fəaliyyət göstərən peşəkarlar üçün IT Hub daxildir. Digital Residence Work–Live–Create formatındakı ekosistemi ilə rəqəmsal həlləri təbiət və yüksək komfort səviyyəsi ilə uzlaşdırır.

Dəyərlər üzərində qurulan tərəfdaşlıq

Festivalın baş tərəfdaşı kimi Digital Residence azad özünüifadə, müasir mədəniyyət, texnologiya və kimi ortaq dəyərləri əks etdirən Solong layihəsini dəstəklədi. Bu tərəfdaşlıq festival konsepsiyasını üzvi şəkildə tamamlayaraq elektron musiqi, rəqəmsal estetika və yeni nəsil həyat tərzi arasındakı əlaqəni ön plana çıxardı.

Təşkilatçılıq və komfort

Solong komandası tədbirin logistikasını, transferləri, isinmə zonalarını və gündüz-gecə proqramlarının dəqiq koordinasiyasını təmin edərək qonaqlara qış dağ kurortu şəraitində əyləncəli və komfortlu təcrübə yaşatdı.

Solong bir daha musiqi, məkan və müasir mədəniyyətin kəsişməsində formalaşan elektron tədbirlər üçün Azərbaycanda yeni standartlar müəyyən edən layihə statusunu təsdiqlədi.

Paylaş

Xəbər lenti

Vaşinqtonla Tehran arasında münaqişə yenidən alovlana bilər - İran rəsmisi AÇIQLADI Bu gün, 18:48 Premyer Liqa: "Kəpəz" "Sumqayıt"ı məğlub edib Bu gün, 18:48 Qidalanma vərdişləri qastrit və xoraya necə təsir edir? Bu gün, 18:48 WUF13: Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti mövcuddur Bu gün, 18:48 DİN: Axtarışda olan 200 nəfər saxlanılıb Bu gün, 18:48 Azərbaycan və Pakistan arasında həftəlik birbaşa uçuşların ümumi sayı 10-a çatır Bu gün, 17:48 "Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal qazanıb Bu gün, 17:48 Botaqoz Bermuhambetova: "Qazaxıstan təhsil sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirir" Bu gün, 17:48 Anasının xəstəliyindən danışan Fatimə ağladı Bu gün, 17:48 Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq Bu gün, 17:48 Sumqayıt-Pirşağı yolunda qəza: Avtomobil ÇUXURA DÜŞDÜ Bu gün, 17:48 Qazaxıstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı son bir ildə iki dəfə artıb Bu gün, 17:48 Tovuzda 73 yaşlı kişi faciəli şəkildə öldü Bu gün, 17:48 İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək Bu gün, 17:48 "Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib Bu gün, 17:48 Bu zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Bu gün, 16:48 "Formula-1"in sabiq pilotu vəfat etdi Bu gün, 16:48 Xəzər rayonunda soyğunçuluq edən şəxs həbs edilib Bu gün, 16:48 Sülhə doğru növbəti addım Bu gün, 16:48 Azərbaycanda tükürpərdən olay: Qadın ərinin məzarı üzərində öldü Bu gün, 16:48 Çili diplomatı: "2026-cı il üçün məqsəd - Azərbaycanla ticarət əlaqələrinin inkişafıdır" Bu gün, 16:48 Tanınmış müğənni: "Səhnəyə çıxmasam belə, aylıq gəlirim 200 000-dir" Bu gün, 16:48 Biləsuvarın bu kəndində daxili yollar təmir olunacaq Bu gün, 16:48 Səfir: "Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır" Bu gün, 15:48 Gəncədə zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Bu gün, 15:48 Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub Bu gün, 15:48 Məşhur aktyor şəhər həyatından imtina edib, kəndə köçdü Bu gün, 15:48 Türkiyədə eyni anda 198 nəfər saxlanıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 15:48 Yuri Qusev: Azərbaycanın Qarabağın bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər Bu gün, 15:48 Bu tarixdə Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ Bu gün, 15:48 Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib Bu gün, 15:48 Lənkəranda tanınmış iş adamı ÖLDÜ Bu gün, 15:48 Elçin Əmirbəyov: Azərbaycan-İtaliya enerji əməkdaşlığının strateji əhəmiyyəti Hörmüz böhranından sonra daha da aydın şəkildə üzə çıxıb Bu gün, 14:48 Bakıda itkin düşən şəxsin GÖLDƏ MEYİTİ TAPILDI Bu gün, 14:48 Lənkəranda WUF13 Festivalı başlayıb Bu gün, 14:48 "Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal uğrunda görüşə çıxacaq Bu gün, 14:48 Elçin Əmirbəyov: "Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür" Bu gün, 14:48 Ötən gün həyatını itirən həkimin ÖLÜM SƏBƏBİ BİLİNDİ Bu gün, 14:48 Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu Bu gün, 14:48 Azərbaycanın hərbi pilotları yeni silah sistemləri ilə tanış olublar Bu gün, 14:48 Sabah hava yağışlı olacaq? Bu gün, 13:48 Dubayda yaşayış icazəsi almaq asanlaşdı Bu gün, 13:48 Ucuz qiymətə mebel satışı adı altında sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb Bu gün, 13:48 Baş Qərvənd kəndində "Ağıllı kənd" layihəsi nə vaxt tam hazır olacaq? Bu gün, 13:48 Alyona Əliyeva Buta İncəsənət Mərkəzindən paylaşım edib Bu gün, 13:48 Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə taktiki-uçuş təlimi başa çatıb Bu gün, 13:48 Təbii fəlakət qarşısında dövlət qalxanı Bu gün, 13:48 İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR