25-01-2026, 20:48 265

Azərbaycanda yanacaq balansı dəyişir -

Son aylarda açıqlanan rəsmi statistika Azərbaycanın yanacaq bazarında fərqli istehsal dinamikasını ortaya qoyur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 13.8 min ton "Aİ-95" markalı avtomobil benzini istehsal edilib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 45.02 faiz azdır. Eyni zamanda, dizel yanacağı istehsalında artım müşahidə olunur.

Belə ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 2 milyon 329.1 min ton dizel yanacağı istehsal edilib. Bu göstərici 2024-cü ilin 11 ayı ilə müqayisədə 18.4 faiz çoxdur. Bəs bu nə ilə əlaqədardır?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Hər iki yanacaq növü üzrə tələbat sabitdir"

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, hazırkı statistik göstəricilər benzinə və ya dizelə tələbatın azalması ilə izah olunmamalıdır. Onun sözlərinə görə, hazırda ölkə daxilində hər iki yanacaq növü üzrə tələbat sabitdir: "Aİ-92" markalı avtomobil benzininə aylıq tələbat 120-130 min ton civarındadır. Səyahət mövsümündə, xüsusilə yay aylarında bu göstərici 150-160 min tona qədər yüksəlir. "Aİ-95" markalı benzinə olan aylıq tələbat isə təxminən 10 min ton səviyyəsində qalır. Dizel yanacağına aylıq tələbat isə 160-180 min ton arasında dəyişir".

Z. Vəliyevin fikrincə, məhz bu göstəricilər fonunda dizel istehsalının artırılması zəruri hesab olunur. Onun sözlərinə görə, dizeldə istehsal artımı bir neçə əsas faktorla əlaqəlidir. İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı tikinti və bərpa işləri dizel yanacağına tələbatı əhəmiyyətli dərəcədə artırıb. Tikinti texnikası, ağır yük maşınları və infrastruktur layihələrində istifadə olunan avadanlıqlar əsasən dizel yanacağı ilə işlədiyi üçün bu sahədə istehlak artımı qaçılmazdır.

"Regionu yanacaqla biz təmin edirik"

Ekspert əlavə edib ki, Rusiya-Ukrayna müharibəsi fonunda ixrac və tranzit marşrutlarında baş verən dəyişikliklər də daxili yükdaşımaların həcminə təsir göstərib: "Beynəlxalq daşımaların bir hissəsinin alternativ marşrutlara yönəlməsi ölkə daxilində logistika fəallığını artırıb. Bu isə dizel yanacağına olan tələbatın yüksəlməsinə səbəb olub. Region ölkələrində də həm benzin, həm də dizel yanacağı ilə bağlı təchizat problemləri müşahidə olunur. Rusiyanın emal zavodlarının zərbə altına düşməsi və ixrac imkanlarının məhdudlaşması Qara dəniz regionu, Mərkəzi Asiya və Cənubi Qafqazda yanacaq təminatında çətinliklər yaradıb".

Müsahibimiz qeyd edib ki, qonşu Türkmənistan və Özbəkistanda mövcud emal gücləri daxili tələbatı tam şəkildə qarşılamaq imkanına malik deyil: "Bu vəziyyət regionda əlavə yanacaq mənbələrinə ehtiyacı artırıb. Məhz bu səbəbdən Azərbaycan bu ilin aprel ayından etibarən Asiya istiqamətində həm dizel yanacağı, həm də benzin ixracını həyata keçirir. Onun sözlərinə görə, daxili tələbat ödənildikdən sonra artıq qalan həcmlər xarici bazarlara yönəldilir. Hazırda ayda 20-25 min ton dizel yanacağı Gürcüstana, 15-20 min ton isə Qara dəniz regionuna ixrac olunur".

"Dizel daha sərfəlidir"

Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti Emin Qəribli isə məsələyə daha çox istehlak və qiymət amilləri prizmasından yanaşır. Onun sözlərinə görə, dünyada olduğu kimi Azərbaycanda da benzin nisbətən baha yanacaq növü hesab olunur və bu da alternativ enerji mənbələrinə marağı artırır: "Son illər ekoloji təmiz avtomobillərin sayının artması benzinlə işləyən avtomobillərə marağı müəyyən qədər azaldıb. Bu proses benzinə olan tələbatın azalması kimi qiymətləndirilə bilər".

E.Qəribli dizel yanacağının artan rolunu isə onun daha qənaətli olması ilə izah edir. Onun sözlərinə görə, dizel yanacağı ilə işləyən avtomobillər və texniki avadanlıqlar yanacaq sərfiyyatına görə daha əlverişli hesab olunur: "Bu səbəbdən həm fərdi istifadəçilər, həm də təsərrüfat subyektləri dizelə üstünlük verirlər. Xüsusilə kənd təsərrüfatında dizel yanacağından geniş istifadə olunması bu sahədə tələbatın yüksək qalmasına təsir göstərir".

İqtisadçı əlavə edib ki, dizellə işləyən avtomobillər Azərbaycanda hələ də aktiv şəkildə istifadə olunur: "Elektromobillər bazarda mövcud olsa da, onların geniş yayılması üçün infrastruktur və qiymət amilləri hələlik məhdudlaşdırıcı rol oynayır. Bu səbəbdən, əhali və biznes subyektləri ənənəvi yanacaq növlərindən, xüsusilə dizeldən istifadəni davam etdirir".

Paylaş

Xəbər lenti

Bu hallarda insanlarda aqressiya təhlükəli həddə çatır Dünən, 23:48 Tramp Krımdan danışdı Dünən, 23:48 Filipe Kandido: "İlk 10 dəqiqə ərzində "Araz-Naxçıvan"ın qarşısını necə alacağımızı düşünürdük" Dünən, 23:48 Döş xərçənginin ilk əlamətləri açıqlanıb Dünən, 23:48 Alyona Əliyeva rəssam Anar Hüseynzadənin "O" adlı fərdi sərgisinin açılış mərasimindən paylaşım edib Dünən, 23:48 Makron: Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək Dünən, 23:48 Minimum əməkhaqqı artacaq? Dünən, 22:48 İlqarə Kazımova: "Qoy sevməsin heç" Dünən, 22:48 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" Dünən, 22:48 Bitki yağları dizel mühərriklərinin yanacaq sərfiyyatını artırır - ARAŞDIRMA Dünən, 22:48 Azərbaycanın 2 boksçusu dünya çempionatına qələbə ilə start verib Dünən, 22:48 Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib Dünən, 21:48 Kreml Trampın Zelenski ilə bağlı fikirləri ilə razılaşıb Dünən, 21:48 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR Dünən, 21:48 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib Dünən, 21:48 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib Dünən, 21:48 Manatın taleyi necə olacaq? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI Dünən, 20:48 Güclü AQEM və Orta Dəhliz: Bakı sammiti qlobal təhlükəsizliyə nələr vəd edir? Dünən, 20:48 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb Dünən, 20:48 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir Dünən, 20:48 Ramiz Mehdiyevin təltifləri əlindən alına bilər Dünən, 20:48 Sumqayıt sakinilərini SEVİNDİRƏCƏK XƏBƏR Dünən, 19:48 AMB 2026-2027-ci illər üçün inflyasiya proqnozunu açıqlayıb Dünən, 19:48 İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib Dünən, 19:48 Taleh Kazımov: "Pul siyasəti iqtisadiyyatın şaxələndirilməsini təkbaşına təmin edə bilməz" Dünən, 19:48 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi Dünən, 19:48 Seymur Nəcəfova yüksək vəzifə verildi Dünən, 19:48 Pezeşkian Paşinyanla Azərbaycan dilində salamlaşdı Dünən, 18:48 Kirayəçi və ev sahibi arasında qalmaqal: "Beş qadın hücum çəkdi" Dünən, 18:48 Bakı-Astara qatarı nə vaxt İŞLƏYƏCƏK? - RƏSMİ CAVAB Dünən, 18:48 Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib Dünən, 18:48 Neft-qazın bahalaşmasının Azərbaycanın CƏB üzrə profisitinə təsiri açıqlanıb Dünən, 18:48 Sabah Bakıda bu yoldan keçməyin Dünən, 18:48 Bağçada dəhşət: "Məndən 5 min manat tələb etdi" Dünən, 17:48 Deputatdan hərbi canilərlə bağlı çağırış: Effektiv mexanizmlər yaradılması təklifi Dünən, 17:48 Xocavənddə ilk tibbi müayinə köşkü quraşdırılıb Dünən, 17:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı Dünən, 17:48 İnşaatçılar prospektində piyada keçidi "təhlükə ünvanı"na çevrilib? Dünən, 17:48 Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə başlayıb Dünən, 17:48 Minatəmizləyənlərin yaxınlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri azaldılıb Dünən, 17:48 Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb Dünən, 17:48 Əlilliyi olan şəxslər, şəhid ailələrinin mənzil və reabilitasiya xidməti ilə təmini üçün vəsaitin ayrılma müddəti uzadılıb Dünən, 17:48 Dövlət Müəssisələri üzrə Qlobal Konfrans gələn il Bakıda keçiriləcək Dünən, 17:48 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı Dünən, 17:48 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda Dünən, 16:48 Şavkat Mirziyoyev: "SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır" Dünən, 16:48 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi Dünən, 16:48 Heydər Əliyev Beynəlxalq Aeroportu uçuş cədvəlini dəyişir Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR