26-01-2026, 08:48 201

Pul ödənilib, ev yoxdur: Tikintisi yarımçıq qalan binalardan mənzil alanların aqibəti necə olacaq?

Bakıda və ətraf bölgələrdə tikintisi yarımçıq qalmış yüzlərlə bina vətəndaşların ən böyük probleminə çevrilib. İllərdir mənzil növbəsində gözləyən, lakin evlərinə qovuşa bilməyən sadə vətəndaşlar həm maddi, həm də mənəvi zərər görürlər. Bəzi binalar maliyyə çatışmazlığı, bəziləri isə MTK rəhbərlərinin məsuliyyətsizliyi səbəbindən tamamlanmır.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımov bildirib ki, bəzi tikinti şirkətləri bu cür hallara görə məsuliyyətə cəlb olunublar. Onun sözlərinə görə, yarımçıq qalmış binaların bir qismi maliyyə çatışmazlığı səbəbindən vaxtında tamamlanmayıb və nəticədə mənzillər vətəndaşlara təhvil verilə bilmir.

Ekspert qeyd edib ki, bəzi hallarda vətəndaşların evləri sökülərək yerində yeni binaların tikintisi nəzərdə tutulsa da, maliyyə problemləri səbəbindən həmin tikililər də yarımçıq qalıb. Bu zaman vətəndaşlara nə mənzil, nə də kirayə pulu ödənilir.

Onun sözlərinə görə, bu problemlə bağlı ölkə rəhbərliyi tərəfindən müvafiq tapşırıqlar verilib və Baş Prokurorluq tərəfindən müəyyən istiqamətdə araşdırmalar aparılıb.

Digər əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə bildirib ki, əvvəlki illərdə yarımçıq qalmış binaların böyük bir hissəsi dövlət qurumlarının müdaxiləsi nəticəsində tamamlanaraq vətəndaşlara təhvil verilib.

Ekspert əlavə edib ki, hazırda az sayda problemli tikinti şirkəti mövcuddur və həmin binaların yaxın vaxtlarda digər tikinti şirkətləri tərəfindən tamamlanaraq sahiblərinə təhvil verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Bakıda yarımçıq qalan tikililərin dəqiq sayı ilə bağlı rəsmi statistika yoxdur. Lakin paytaxtda qısa bir gəzinti zamanı belə onlarla yarımçıq bina görmək mümkündür. Bu tikililər artıq yüzlərlə insan üçün illərdir həll olunmayan ciddi problemə çevrilib.

Hüquqşünas Mircavid Miriyevin sözlərinə görə, bu problemlə üzləşən vətəndaşlar məhkəməyə müraciət etsələr də, bir çox hallarda məhkəmə qərarlarının icrası mümkün olmur. Buna səbəb tikinti şirkətlərinin müflis elan edilməsi, rəhbərlərinin məsuliyyətə cəlb olunması və ya ölkə hüdudlarından kənara çıxmasıdır.

O bildirib ki, bir sıra Avropa ölkələrində yarımçıq qalan tikililər dövlət tərəfindən hərraca çıxarılır və tikintini tamamlayan şirkətlər üçün müəyyən güzəştlər tətbiq edilir. Həmin şirkətlər tərəfindən bina başa çatdırıldıqdan sonra mənzillər sahiblərinə qaytarılır.

Qeyd edək ki, Azərbaycanda yarımçıq tikililərlə bağlı İqtisadiyyat Nazirliyi yanında işçi qrupu yaradılıb. Bu qrup ölkə üzrə bütün yarımçıq tikililərdə monitorinq aparmalı və problemin həlli ilə bağlı təkliflər hazırlamalıdır.

Ekspertlərin fikrincə, qanunvericilikdə tikililərin müəyyən müddət ərzində başa çatdırılması ilə bağlı konkret tələblər qoyulmalıdır. Əks halda, bu kimi xoşagəlməz hallar davam edəcək.

Paylaş

Xəbər lenti

Suraxanıda mağaza və evləri qarət edən şəxs yaxalandı Bu gün, 12:48 Milli Məclis Azərbaycan-Qırğızıstan müttəfiqlik sazişini ratifikasiya edəcək Bu gün, 12:48 Xüsusi nümayəndə: Xankəndidə artıq 28 min nəfər yaşayır Bu gün, 12:48 Hikmət Hacıyev: Azərbaycanın təcrübəsi digər postmünaqişə regionlarında tətbiq edilə bilər Bu gün, 12:48 Hikmət Hacıyev: Azərbaycan regionda davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirəcək Bu gün, 12:48 Azərbaycan-Türkiyə Enerji Forumu tərəfdaşlığı zənginləşdirən mühüm platformadır Bu gün, 12:48 Diplomatik korpus Xankəndidəki Mədəniyyət Mərkəzini ziyarət edib Bu gün, 12:48 Konqoda məktəblərə yayılan yanğında 29 şagird ölüb Bu gün, 12:48 Geely-nin 40 illiyi Şamaxıda xüsusi yürüş və Monjaro PHEV təqdimatı ilə qeyd olundu Bu gün, 12:48 Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək Bu gün, 12:48 Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib Bu gün, 12:48 Azərbaycanda ictimai binalar və qurğulara dair layihələndirmə normaları təsdiqlənib Bu gün, 11:48 Məşhur aparıcı Türkiyəni tərk edir - SƏBƏB Bu gün, 11:48 Bağçada işləyən tərbiyəçi-müəllimlərin NƏZƏRİNƏ Bu gün, 11:48 Ağdərədə atlı minaya düşüb, xəsarət alıb Bu gün, 11:48 Qazaxıstan "Avroviziya-2027"yə buraxılmadı Bu gün, 11:48 Diplomatlar Xankəndidə dəmir yolu və avtovağzal kompleksinin tikintisi ilə tanış olublar Bu gün, 11:48 Azad edilmiş ərazilərdə yeni tədris ilində məktəblərin sayı 52-yə çatdırılacaq Bu gün, 11:48 AYNA: M4 və M6 ekspres avtobusların hərəkət sxemi dəyişdirilib Bu gün, 11:48 Keşlədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıla bilər Bu gün, 11:48 Səudiyyə vəliəhdi Trampdan husilərə zərbə endirməsini istəyib Bu gün, 11:48 Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb Bu gün, 11:48 Aİ-nin xüsusi nümayəndəsi Qarabağ və Şərqi Zəngəzura səfər edir Bu gün, 10:48 Hikmət Hacıyev: Qarabağ və Şərqi Zəngəzur əsl dirçəliş dövrünü yaşayır Bu gün, 10:48 Qazaxıstan hərbçilərinin Xəzərdə təlimləri başlayıb Bu gün, 10:48 Quba-Xınalıq yolu çökdü Bu gün, 10:48 Sənədsiz evlər yeni kanalizasiya kollektorlarına qoşula biləcək? - RƏSMİ AÇIQLAMA Bu gün, 10:48 Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək Bu gün, 10:48 27 yaşlı sosial media fenomeni estetik əməliyyat zamanı öldü Bu gün, 10:48 6 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır Bu gün, 10:48 Şərurda ot tayası yanıb, 9 baş heyvan tələf olub Bu gün, 10:48 Tramp: İranla münaqişə seçkilərdən sonra başa çata bilər Bu gün, 09:48 Aziz Yıldırım: İsmail Kartal vəzifəsinin başındadır Bu gün, 09:48 Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayır Bu gün, 09:48 Premyer Liqa: V tur "İmişli" - "Neftçi" oyunu ilə start götürəcək Bu gün, 09:48 "Formula 1"in Bakıda 10 ili: Azərbaycan Qran-prisinin şəhərə, turizmə və biznesə təsiri Bu gün, 09:48 Bu gün şəhid Cəbrayıl Dövlətzadənin doğum günüdür Bu gün, 09:48 Azərbaycan nefti 120 dollarlıq həddə yaxınlaşdı Bu gün, 09:48 Bloger Arifə Məmmədova kanatda qaldı Bu gün, 09:48 11 sentyabr hadisələrindən 25 il ötür Bu gün, 09:48 Rusiyalı qadın ABŞ-yə uçan təyyarədə qalmaqal yaratdı Bu gün, 09:48 Bakı və Abşeronun bəzi ərazilərində İŞIQ OLMAYACAQ Bu gün, 08:48 "Fənərbağça" "Roma" ilə bərabərə qalıb Bu gün, 08:48 Dambrauskas: "Mançester Yunayted"ə məğlubiyyət böyük təcrübədir" Bu gün, 08:48 Maykl Kerrik: "Sabah" mübarizə aparmaq üçün çətin komandadır" Bu gün, 08:48 İçərişəhərdəki məscidlərin bilmədiyiniz keçmişi: Qədim küçələrdə gizlənən sirlər Bu gün, 08:48 Ölüm qapılarını döymədən dəqiqələr əvvəl - Şəkidə çəkilən son görüntülər Bu gün, 01:48 "Sabah" İngiltərədə "Mançester Yunayted"ə böyük hesabla məğlub olub Bu gün, 01:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR