26-01-2026, 17:48 132

Prezident İlham Əliyev "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə fərman imzalayıb.

AVESTA.AZ xəbər verir ki, Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməli, Maliyyə Nazirliyi Sistemin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə birlikdə Sistemin ölkə Prezidentinin 3 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq "Hökumət buludu"nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Sistemin "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.

Bu sənəd sistemin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən etməklə dövlət maliyyəsinin daha səmərəli, şəffaf və çevik idarə olunmasını təmin etmək, maliyyə proseslərində rəqəmsal texnologiyaların tətbiqini genişləndirmək məqsədi daşıyır. Yeni informasiya sistemi dövlət maliyyəsinin planlaşdırılması, icrası, nəzarəti və təhlili sahələrində vahid rəqəmsal mühitin formalaşdırılmasını hədəfləyir.

RDMİS-nin sahibi və operatoru Maliyyə Nazirliyidir. Sistem müxtəlif istiqamətlərdə rəqəmsal idarəetməni təmin edən 13 əsas altsistemdən ibarətdir. "Büdcə məlumatlarını idarəetmə", "Dövlət maliyyə nəzarəti", "Dövlət proqramlarının və investisiya xərclərinin maliyyələşdirilməsi", "Dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi", "Dövlət müəssisələrinin rəqəmsal monitorinqi", "e-azadolma", "e-müqavilə", "e-muhasibat", "e-rüsum", "e-mədaxil", "Elektron ciddi hesabat blankları", "Xəzinədarlığın rəqəmsal idarə edilməsi" və "İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi" bu altsistemlərə daxildir.

Əsasnaməyə görə tam inteqrasiya olunmuş vahid ekosistem kimi formalaşdırılan "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi dövlət və icmal büdcələrin gəlir və xərclərinin idarə edilməsini, dövlət vəsaitlərinin məqsədli və səmərəli xərclənməsinə nəzarəti, dövlət borcu və maliyyə öhdəliklərinin monitorinqini, dövlət investisiya layihələrinin qiymətləndirilməsini və maliyyələşdirilməsini, dövlət büdcəsinin kassa icrasını və dövlət vəsaitlərinin mərkəzləşdirilmiş idarə olunmasını, mühasibat uçotu, həmçinin dövlət rüsumları, inzibati cərimələr, elektron müqavilələr, elektron mühasibat uçotu və digər mühüm istiqamətləri əhatə etməklə maliyyə əməliyyatları üzrə məlumatların real vaxt rejimində toplanmasını və təhlilini təmin edəcək.

Yeni sistem dövlət qurumları, hüquqi və fiziki şəxslər üçün elektron kabinetlər vasitəsilə əlçatan olacaq, maliyyə məlumatlarının dəqiqliyini və etibarlılığını artıracaq, qərar qəbuletmə prosesində analitik imkanları genişləndirəcək.

Fərmanın icrası ilə bağlı Maliyyə Nazirliyinə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müvafiq tapşırıqlar verilib. Bu tapşırıqlar çərçivəsində sistemin formalaşdırılması, təhlükəsizliyinin təmin edilməsi, dövlət informasiya sistemləri ilə inteqrasiyası və təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görüləcək.

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi dövlət maliyyə idarəçiliyində şəffaflığın və səmərəliliyin artırılmasına və rəqəmsal hökumət prinsiplərinin daha geniş tətbiqinə mühüm töhfə verəcək.

RİNN isə Əsasnamədə qeyd olunan məlumatların ilkin mənbəyini formalaşdıran dövlət qurumları ilə birlikdə həmin məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə üç ay müddətində zəruri tədbirlər görməli və bu barədə dövlət başçısına məlumat verməlidir.

Paylaş

Xəbər lenti

Azərbaycan və Pakistan arasında həftəlik birbaşa uçuşların ümumi sayı 10-a çatır Bu gün, 17:48 "Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal qazanıb Bu gün, 17:48 Botaqoz Bermuhambetova: "Qazaxıstan təhsil sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirir" Bu gün, 17:48 Anasının xəstəliyindən danışan Fatimə ağladı Bu gün, 17:48 Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq Bu gün, 17:48 Sumqayıt-Pirşağı yolunda qəza: Avtomobil ÇUXURA DÜŞDÜ Bu gün, 17:48 Qazaxıstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı son bir ildə iki dəfə artıb Bu gün, 17:48 Tovuzda 73 yaşlı kişi faciəli şəkildə öldü Bu gün, 17:48 İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək Bu gün, 17:48 "Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib Bu gün, 17:48 Bu zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Bu gün, 16:48 "Formula-1"in sabiq pilotu vəfat etdi Bu gün, 16:48 Xəzər rayonunda soyğunçuluq edən şəxs həbs edilib Bu gün, 16:48 Sülhə doğru növbəti addım Bu gün, 16:48 Azərbaycanda tükürpərdən olay: Qadın ərinin məzarı üzərində öldü Bu gün, 16:48 Çili diplomatı: "2026-cı il üçün məqsəd - Azərbaycanla ticarət əlaqələrinin inkişafıdır" Bu gün, 16:48 Tanınmış müğənni: "Səhnəyə çıxmasam belə, aylıq gəlirim 200 000-dir" Bu gün, 16:48 Biləsuvarın bu kəndində daxili yollar təmir olunacaq Bu gün, 16:48 Səfir: "Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır" Bu gün, 15:48 Gəncədə zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Bu gün, 15:48 Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub Bu gün, 15:48 Məşhur aktyor şəhər həyatından imtina edib, kəndə köçdü Bu gün, 15:48 Türkiyədə eyni anda 198 nəfər saxlanıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 15:48 Yuri Qusev: Azərbaycanın Qarabağın bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər Bu gün, 15:48 Bu tarixdə Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ Bu gün, 15:48 Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib Bu gün, 15:48 Lənkəranda tanınmış iş adamı ÖLDÜ Bu gün, 15:48 Elçin Əmirbəyov: Azərbaycan-İtaliya enerji əməkdaşlığının strateji əhəmiyyəti Hörmüz böhranından sonra daha da aydın şəkildə üzə çıxıb Bu gün, 14:48 Bakıda itkin düşən şəxsin GÖLDƏ MEYİTİ TAPILDI Bu gün, 14:48 Lənkəranda WUF13 Festivalı başlayıb Bu gün, 14:48 "Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal uğrunda görüşə çıxacaq Bu gün, 14:48 Elçin Əmirbəyov: "Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür" Bu gün, 14:48 Ötən gün həyatını itirən həkimin ÖLÜM SƏBƏBİ BİLİNDİ Bu gün, 14:48 Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu Bu gün, 14:48 Azərbaycanın hərbi pilotları yeni silah sistemləri ilə tanış olublar Bu gün, 14:48 Sabah hava yağışlı olacaq? Bu gün, 13:48 Dubayda yaşayış icazəsi almaq asanlaşdı Bu gün, 13:48 Ucuz qiymətə mebel satışı adı altında sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb Bu gün, 13:48 Baş Qərvənd kəndində "Ağıllı kənd" layihəsi nə vaxt tam hazır olacaq? Bu gün, 13:48 Alyona Əliyeva Buta İncəsənət Mərkəzindən paylaşım edib Bu gün, 13:48 Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə taktiki-uçuş təlimi başa çatıb Bu gün, 13:48 Təbii fəlakət qarşısında dövlət qalxanı Bu gün, 13:48 İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib Bu gün, 13:48 FHN əməkdaşı iş başında öldü Bu gün, 13:48 Bakıdan Təl-Əvivə uçuşlar bu tarixdən bərpa edilir Bu gün, 12:48 Gəncədə metaləritmə müəssisəsinin fəaliyyəti dayandırılıb Bu gün, 12:48 Bakıda İLGİNC CİNAYƏT: Gənc qız atasını talayıb gözəllik salonu açdı Bu gün, 12:48 Bakı-Sumqayıt yolunun 7-ci km-də GÜCLÜ YANĞIN Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR