
Sumqayıtda 71 yaşlı kişi dəm qazından boğularaq ölüb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Məlumata görə, 1955-ci il təvəllüdlü Albaxış Qardaşbək oğlu Baxışev yaşadığı ünvanda dəm qazından boğularaq həyatını itirib.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.